• cümə, 29 Mart, 10:18
  • Baku Bakı 5°C

UEFA prezidenti də ingilislərin ideyasını dəstəkləyir

06.09.17 15:10 1081
UEFA prezidenti də ingilislərin ideyasını dəstəkləyir
UEFA prezidenti Aleksander Çeferin yay transfer pəncərəsinin qısaldılması ilə bağlı aparılan müzakirələrə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, İngiltərə Premyer-Liqasının klubları transfer pəncərəsinin qısaldılması ideyasını irəli sürüb. 20 klubdan 14-ü bu ideyanı dəstəkləyir. Çeferin məsələni gündəmdə saxladıqlarını bildirib:
"Bilirəm ki, bununla bağlı ciddi müzakirələr gedir. Mən də hesab edirəm ki, futbolçunun mövsümü bir komandada başlayıb, transfer pəncərəsi bağlanana qədər başqa komandaya keçməsi yaxşı hal deyil.
Bu məsələni gündəmdə saxlayacağıq. Pəncərə bu qədər açıq olmamalıdı. Mən də bu ideyanı dəstəkləyirəm”.
banner

Oxşar Xəbərlər