• cümə axşamı, 28 mart, 16:10
  • Baku Bakı 16°C

UEFA-dan təkzib gəldi - Belə söz deməyib

12.09.17 14:40 1433
UEFA-dan təkzib gəldi - Belə söz deməyib
UEFA mətbuatda qurumun prezidenti Aleksandr Çeferinin adından yayılan məlumatı təkzib edib.

Kaspi.az xəbər verir ki, Çeferin PSJ-in avrokuboklardan uzaqlaşdırıla biləcəyini açıqlamışdı. Məlumatı "L’Equipe” nəşri yaymışdı.

UEFA bu məlumatı təkzib edib. Qurumun yaydığı açıqlamada bildirilir ki, Çeferin elə ifadə işlətməyib:

"UEFA bu məlumatı qətiyyətlə təkzib edir. Çeferin heç vaxt belə ifadə işlətməyib. UEFA növbəti dəfə bəyan edir ki, maliyyə yoxlaması ilə bağlı fəaliyyət göstərən komitə tamamilə müstəqildir”.

PSJ Neymarı "Barselona”dan 222 milyon avroya transfer edib.

banner

Oxşar Xəbərlər