AZE | RUS | ENG |

"Twitter" İran KİV-lərinin hesablarını dondurur

"Twitter" sosial şəbəkəsi İranın bir neçə kütləvi informasiya vasitəsinin, o cümlədən "İRNA", "YJC" və "Mehr" informasiya agentliklərinin hesablarını dondurub.
Trend-in məlumatına görə, fars dilli hesabların dondurulması prosesi davam edir.
İranın Britaniyanın Hörmüz boğazında neft tankerini saxlamasından sonra, "Twitter"də İranın qurumlarına aid hesablar dondurulmağa başlayıb.
Məsələ ilə əlaqədar İranın Gənc Jurnalistlər Klubunun (YJC) direktoru Abbas Hünərmənd bildirib ki, "Twitter"də hesabın dondurulması ilə əlaqədar bu şəbəkəyə məktub ünvanlanıb və onlar məsələni araşdıracaqlarını bildiriblər.

A.Hünərmənd bunun 3-5 gün davam edə biləcəyini deyib: "Ehtimal olunur ki, İranın Britaniyanın neft tankerini saxlaması ardınca bu hadisə baş verib".
Qeyd edək ki, 19 iyulda İran Britaniyaya məxsus "Stena İmpero” neft tankerini saxlayıb.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982