“Tvitter” şefinin həyat tərzi
"Tvitter”n
baş direktoru Cek Patrik Dorsi gərgin iş mühitində sağlam qala bilmək və düzgün
fokuslanaraq işləmək üçün öz vərdişlərini və uğura gedən yoldakı sirləri
paylaşıb. Əgər Dorsinin uğurları sizin üçün də ilham qaynağıdırsa, onun gündəlik
qrafikindən yararlana bilərsiniz.
"Hər gün saat 5-də oyanıram”
Yəqin
ki, səhər 5-də oyanmaq asan deyil. Cek, bununla
"erkən oyanan, tez yol alar” deyimini təsdiqləyir. Bəlkə də, elə uğur,
tezdən oyanmaqdan başlayır."Buz kimi su ilə yuyunuram”
Dorsey
bunun səbəbini belə izah edir: "Həyatda heç nə mənə otaq istiliyindən çıxıb buz
kimi vanna otağına girməyin verdiyi zehni qüvvəti verə bilməz. Əgər bu qədər
kiçik görünən, amma insanı incidən nüansı etməyə iradəm varsa, deməli, hər şeyi
edə bilmək gücünə qadirəm və cəsarətliyəm. Əgər buzlu suya girməyə cəsarət edə
bilmirsinizsə, günə isti su ilə başlaya bilərsiniz.
"Meditasiya etmədən evdən çıxmıram”
Hər səhər
və axşam bir saatlıq meditasiya edən Dorsey, bunu 20 ildir ki, tətbiq etdiyini
vurğulayır. Hər səhər və axşam özünüzə bir saat vaxt sərf etmək, həmin günə
diqqət ayırmağa, axşam tək qalmağınıza və günün hesabatını verməyinizə kömək edəcək."Səhər yemək yemirəm”
Səhər
yeməyinin ən vacib yemək olduğuna əminik. Dietoloqlar da bunu təsdiqləyir.
Lakin 42 yaşındakı Dorsey bunu gündəliklərinə daxil etməyib.
"İşə 8 km yeriyərək gedirəm”
Dorsey hər
səhər işə piyada getdiyini deyir. Gediş tempi də qaçış sürəti ilə eynidir. Yəni
Dorsey hər gün işə 8 km qaçaraq gedir. Dorsey işə piyada getməyinin həm günəş
işığından faydalanmaq imkanı verdiyini, həm də musiqi dinləmək üçün zaman
qazandırdığını vurğulayır.
"Gün ərzində ağır yeməklər yemirəm” Məşhur
milyarder ilk və yeganə yeməyini saat 18.00 ilə 21.00 arasında yeyir.
Menyusunda həmişə ət, balıq və ya toyuq, yanında da salat, ispanaq və Brüssel kələmi
olur. Son olaraq da, meşə meyvələri və tünd şokoladdan hazırlanan desert yeyir.
Yanında isə mütləq qırmızı şərab var.
"Həftə sonları oruc tuturam ” Dorsey
düşünür ki, həftə içi çox yemək yeyirik. Məhz bu səbəbdən cümə günü yemək
yemir. Həftəsonu isə oruc tutur. Dorsey bu rejimə ilk dəfə başladığında, çətinlik
çəkdiyini etiraf edib: "Mən bunu ilk dəfə etdiyim zaman, üçüncü gün xəyallar
gördüyümü hiss edirdim. Qəribə bir hiss
idi. Ancaq növbəti dəfə günlərimizin çoxunun yemək yeməyə sərf etdiyini hiss
etdim. Nə qədər oruc tutsam, vaxtım o qədər yavaş gedir”. Dorsey, müvəffəqiyyətinin
arxasında duran iki əsas amilin düşüncə və oruc olduğunu vurğulayır.
Rahatlamaq üçün Cekin
istirahət etmək üsulu da maraqlıdır. Məşhur milyarder istirahət rejimini belə
açıqlayır: "15 dəqiqə ərzində saunada qalıram. Daha sonra 2 dərəcəli suda 3 dəqiqə
otururam. Masamın üstündə isə stress və ağrıları azaltmaq üçün istifadə olunan
infraqırmızı lampa da var.
Hər
uğurlu insan kimi, Cek Dorsinin də müvəffəqiyyətinin arxasında müəyyən rutinlər
və əzmkarlıq var. Siz də öz uğur hekayənizi yazarkən planlarınızı yaratmağa və
ona riayət etməyə başlaya bilərsiniz. Özü ilə bacara bilən insana, karyerası ərzində
heç nə əngəl ola bilməz.
Hazırladı: Aygün Əziz