• şənbə, 20 Aprel, 07:32
  • Baku Bakı 14°C

“Tutinamə” əsəri yenidən nəşr edilib

29.03.20 10:45 1273
“Tutinamə” əsəri yenidən nəşr edilib
XIV əsr müəllifi Ziyaəddin Nəxşəbinin böyük ustalıqla fars dilinə tərcümə etdiyi məşhur "Tutinamə” əsəri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yenidən nəşr olunub.
İnstitutdan bildirilib ki, əsəri yeni redaktə ilə fars dilindən Azərbaycan dilinə tərcümə edən institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru,dosent Əkrəm Bağırovdur.
İlk dəfə qədim hind dilində yaranmış və dastan-rəvayətlərdən ibarət olan bu əsər Hindistanın Türk-Moğol şahzadələrinin tərbiyəsi üçün nəzərdə tutulmuş və bu gün də öz əxlaqi-didaktik əhəmiyyətini saxlamaqdadır.
Əlyazmalar İnstitutunda mühafizə olunan iki əlyazma nüsxəsi əsasında tərcümə olunan əsərə geniş "Ön söz” və şərhlər yazılıb.
banner

Oxşar Xəbərlər