Türkün gəlişi, yaxud ülviyyətim Azərbaycan
DEMƏLİYİK Kİ...
Özbəkistanda Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Günləri keçiriləcəyini hələ 2 ay öncə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin müdiri Samir Abbasov bildirmişdi və bu xüsusda qarşılıqlı işlər, səfər hazırlıqları həmin vaxtdan görülməkdə idi. Ölkəmizi təmsil edəcək sənətkarlar isə dəqiq və zövqlü seçimlər idi: Əməkdar artistlər Bəyimxanım Vəliyeva və Ehtiram Hüseynov. Müasir muğam sənətimizin mahir ifaçıları, dinləyicilərə daim zövq aşılamağı bacaran, sənəti əsl sənət hörmətində təqdim etməyi özlərinə yaradıcılıq məqsədi seçmiş bu iki dəyərli sənətkarlarla yol yoldaşı olmaq, onların mədəniyyətimizi hansı hörmətdə təqdim etməsinə şahidlik etmək, əlbəttə ki, maraqlı idi. Qısa müddət ərzində hazırlıqlar, yeni musiqilərin yazılması, özbək dilində mahnıların hazırlanması və oradakı auditoriyanın zövqünü nəzərə alaraq seçilən mahnılar olduqca gərgin bir iş prosesdən xəbər verirdi. Həmin prosesi yaxından izləyən, sənətkarlarımızla bu işlərdə ünsiyyətdə olan biri kimi deyə bilərəm ki, bütün hazırlıqlar həm də bizi gözləyən "Böyük gün”ün müjdəçisi idi. Bildiyiniz kimi, ölkəmizin təbliği istiqamətində Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi gərəkli və millətəlazım işlər görür və həmin işlərin siyahısını yazmağa "dəryalar mürəkkəb qamışlar qələm” olsa çatmaz. Hər səfərimdə adı çəkilən mərkəzə gedəndə bütün işçiləri tələskən, həyəcanlı görəndə, gərgin qaçhaqovlarına fikir verəndə başa düşürəm ki, başda mərkəzin direktoru olmaqla əməkdaşların əksəri daim mədəniyyətimiz və ədəbiyyatımız üçün səfərbərdirlər, bütün gücləri ilə çalışırlar, xalqımızı, millətimizi, dövlətimizi Özbəkistanda gərəyincə təbliğ edirlər.
İLK GÜN
Yol boyunca Özbəkistan haqqında səfər yoldaşlarımla adı çəkilən ölkədəki reallıqlar, tarixi hadisələr, mərkəzin fəaliyyəti barədə söhbət edirdik və əlbəttə ki, getdiyimiz gün Sırdərya vilayətini Gülüstan şəhərində baş tutacaq konsert haqqında söhbətləşir, əhatəli planlarımızı müzakirə edirdik. Söhbət yolumuzu "qısaltdı”, bir də gördük hava limanına enişlə bağlı "xəbərdarlıq” oxunur. Hava gözəl idi, – Daşkənd bizi "qaşqabaqlı” qarşılamamışdı. Hava Limanında bizi mərkəzin direktoru və əməkdaşları qarşıladılar, diplomatik nümayəndələrin köməyi ilə asanca pasport yoxlanışından keçib "Özbəkistan” otelində yerləşdik. Bir-iki saat dincələndən sonra, nahar edib üz tutduq Sırdərya vilayətinin mərkəzi Gülüstan şəhərinə
Sırdəryaya gedən yolların nahamarlığı bizi yorsa da, təbiətinin, havasının gözəlliyi, insanların istiqanlılığı, təbiiliyi, həyatın qaynarlığı hər cür narahatlığı gözardı etməyə bəs etdi. Gülüstan şəhəri olduqca heyrətamiz, yaşıllıqlarla zəngin, gözəl parkları, geniş prospektləri, gözoxşayan binaları ilə seçilən bir yerdir. Xüsusən isə şəhərdəki teatr binalarının quruluşu çox diqqətçəkən idi. Gəlib gördük ki, artıq Gülüstan şəhərindəki Nəvai adına mərkəzi parkda "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin açılışına xeyli sayda yerli əhali toplanıb və həsrətlə tədbirlərin başlanacağı vaxtı gözləyirlər. Təşkil edilən sərgilər onlara konsert başlayana qədərki vaxtı səmərəli keçirməyə kömək edirdi. Belə ki, parkda "Azərbaycan, sənsən mənim ülviyyətim” adlı sərgi təqdim olunmuşdu. Sərgidə milli mədəniyyətimiz, habelə ölkəmizin əldə etdiyi nailiyyətlər, dövlətçiliyimizlə bağlı nəşrlər, xalçalar, suvenirlər, milli geyimlər nümayiş etdirilirdi. Tədbirdə şəhər rəhbərliyi, vilayət ictimaiyyətinin nümayəndələri, ziyalılar, təhsil və mədəniyyət işçiləri, yerli azərbaycanlılar, jurnalistlər iştirak edirdilər.
TÜRKÜN GƏLİŞİ
Natiqlərin çıxışdan sonra "Türkün gəlişi” adlı konsert başladı. "Türkün gəlişi” duetini Ehtiram Hüseynov və Bəyimxanım Vəliyeva ifa etdilər. Qeyd edim ki, bu mahnı şair, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın eyni adlı şeirinə bəstələnib. Müğənnilər elə oxuduqları ilk mahnıdaca – tamaşaçıları ələ almağı bacardılar. Tamaşaçıların böyük əksəriyyəti meydanda oxunan mahnının sədaları altında rəqs etməyə başladılar. Daha sonra Azərbaycan-Qarabağ geyimlərindən ibarət moda sərgisinin nümayişi başladı. Geyimləri biri-birindən gözəl özbək qızları geyinmişdilər. Hər bir geyim təqdim olunanda onun tarixi, hansı yaşda insanın geyinməsi, paltarın rənginin fəlsəfəsi izah olunurdu. Sərgi olduqca maraqla qarşılandı, sonra konsert proqramı yenidən davam etdi və B.Vəliyeva "Yollara yağış yağır” mahnısını oxudu. Xanım müğənni özbəkcə də bir mahnı – "Qara göz boy-boy” ifa etdi. Bu dəfə də meydan gurladı, tamaşaçılar oynamaq üçün meydana axışdılar. Daha sonra Ehtiram Hüseynov "Qadan mən alım” və "Ceyranım gəl, gəl” ilə ürəklərə yol tapdı. Çoşqunluq eyni ahəngdə davam etdi. Sonra Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin "Azərbaycan qızları” adlı rəqs ansamblı səhnəyə çıxdı və "Qafqaz rəqsi”ni oynadılar. Qızlar son anda papaqlarını çıxaranda tamaşaçılar "şok yaşadılar”, çünki o vaxta qədər hamı oynayanları oğlan zənn edirdi.
SƏMƏRQƏNDƏ YOL GÖRÜNDÜ
İkinci gün – 2 iyunda tədbirlər yox idi deyə istədik ki, dörd yol yoldaşı vaxtımızı səmərəli keçirək. Qərara gəldik ki, bir gün ərzində Səmərqənddəki tarixi abidələri ziyarət edək. Beləcə səhər saat 00:06-da Daşkənd Beynəlxalq Hava Limanında olduq və daxili relslə Səmərqəndə yola düşdük. Səmərqəndə hava təmiz, amma tutqun idi, bizi sonradan haqlayacaq yağış öz nəfəsini öncədən hiss etdirirdi. Vaxtımız dar, planlarımız geniş idi, amma bir gün ərzində bütün əsas abidələri ziyarət etməyə özümüzü qadir hiss edirdik. Bəlkə də, Səmərqəndə səfər etmiş kimlərəsə təəccüblü görünəcək, amma bir gün içərisində bu abidələri ziyarət elədik: Səhih əl-Buxari ziyarətgahında, Əmir Teymurun uyuduğu Gur-əmir mavzoleyində, Şahi-zində memarlıq kompleksində, Uluqbəy rəsədxanasında, Bibixanım saray-məscid kompleksində, Registanda (qum meydanı, qum ölkəsi adlanan meydandakı üç mədrəsədən – Uluqbəy mədrəsəsi(XV əsr),Şir-Dor mədrəsəsi(XVII əsr) vəTilla-Karı mədrəsəsi(XVII əsr) ibarətdir), Danyal peyğəmbər ziyarətgahında (Məzarın uzunluğu 18 metrdir. Məzarın bu uzunluqda olmasının səbəbi cənazənin hissələrinin bir-birinə yaxın məsafədə ayrı-ayrı yerlərə basdırılmasıdır) olduq.
ÜLVİYYƏTİM
Üçüncü günün əsas tədbiri Daşkənddəki Sənət və Mədəniyyət Universitetində saat 14:00-da başlayan "Azərbaycan, sənsən mənim ülviyyətim” adlı tədbir, möhtəşəm konsert proqramı idi. Tədbirdə sözügedən ali təhsil ocağının rəhbərliyi, müəllim və tələbə heyəti, ölkənin elm, mədəniyyət xadimləri, Azərbaycan səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları, jurnalistlər iştirak edirdilər. Zal sənətsevərlərlə, musiqi sərrafları ilə dolu idi.
Tədbiri giriş sözü ilə açan Özbəkistan Sənət və Mədəniyyət Universitetinin rektoru, professor İbrahim Yuldaşov "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirlərində rəhbərlik etdiyi ali məktəbin də iştirak etməsindən məmnun olduğunu qeyd etdi. Rektor diqqətə çatdırdı ki, dünyada Özbəkistan və Azərbaycan kimi bir-birinə yaxın olan az xalq var. O, bu münasibətlərin həm orta əsrlərdə, həm Sovet dövründə, həm də ölkələrimiz istiqlaliyyət əldə etdikdən sonra uğurla davam etdiyini söyləyərək, Azərbaycanın zəngin mədəniyyətinin öyrənilməyə layiq olduğunu dedi. Rektor 2017-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə imzalanan memorandumun uğurla icra olunduğunu, artıq Azərbaycan sənətçilərinin iştirakı ilə universitetlərində iki dostluq konsertinin keçirildiyini, universitetdə Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin yaradıldığını qeyd edib, dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində xidmətlərinə görə Azərbaycan dövlətinə, Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirdi.
BİZƏ NƏ QALDI?
Salonda dahi Üzeyir bəyin "Koroğlu”su səslədikcə, cəngi ruhlu bu musiqini özbəklərin arasında dinlədikcə öz-özümə düşünürdüm: Hamıya aid olmaq, əbədi olmaq budur. Dahilik özünə əbədi ehtiyac yaratmaqdır. Adi adamlara, sadə, saya insanlara ancaq bu gün ehtiyac duyulur, dahilik isə zamansızlıq hadisəsidir. Ehtiram bəyin, Bəyimxanım müəllimənin bir-birindən gözəl ifaları, yapışıqlı səsləri, ən əsası Azərbaycan musiqisinin ecazı bütün zalı coşdurmuşdu. Tələbələr xanəndələrə güllər hədiyyə edirdilər. Zalın kənarında isə şən musiqilərin sədaları altında onlarla tələbə rəqs edirdi. Sirayətedici mədəniyyətimizi, təsirli musiqimizi dünyaya tanıtmaq, dövlətimizin adını hər istiqamətdə uca etmək şərəfli işdir və bu işdə az da olsa rolu olan adam səadətli və xoşbəxtdir. Ölkəmizdə və dünyada keçirilən istənilən tədbirdə Azərbaycanın adını uca, təmsil olunduğu sahənin zirvəsində görmək böyük qürurdur. "Ən böyük vətənpərvərlik peşəkarlıqdır” deyirlər. Mədəniyyət və ədəbiyyat günlərini təşkil edən mərkəz və ölkəmizi təmsil edən hər kəs o deyimin haqlı olduğunu bir daha öz əməlləri ilə isbat elədi...
SONRASI
Qeyd edim ki, Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri yalnız gündəliyini yazdığım tədbirlərlə başa çatmır. Hələ bu il yüz illiyini qeyd edən Özbəkistanın "Turan” kitabxana-informasiya mərkəzi ilə AMM arasında əməkdaşlığa dair Memorandumun imzalanması, kitabxanada "Azərbaycan” fondunun yaradılması, Özbəkistan Yazıçılar Birliyində "Azərbaycan ədəbiyyatı özbək dilində” adlı sərginin açılışı da planlaşdırılır. Sərgidə AMM-nin layihəsi ilə son 5 ildə Daşkənddə özbək dilində işıq üzü görən kitabların Özbəkistanın elm, mədəniyyət, ədəbiyyat sahəsinin mütəxəssislərinə, ictimaiyyət nümayəndələrinə təqdim olunması, Özbəkistan Yazıçılar Birliyində tanınmış Azərbaycan yazıçısı, türkoloq alim Yunus Oğuzun Aprel döyüşlərinə həsr etdiyi və özbək dilinə tərcümə olunmuş "Ovçu" romanının təqdimatı kimi silsilə tədbirlər də keçiriləcək.
Fərid Hüseyn

Vaxt bietibardır, bir də gördün elə xəbərsiz ötüb-keçdi, arxadakı
ayların, günlərin "xatirə tüstüsü” elə uzaqdan göründü ki... Bu dəfə də dəyişən
bir şey olmadı. Yenə də aylar sürətlə keçdi və deyilən vaxt gəlib yetişdi. Bir
də onu gördük ki, səhər hava limanında Özbəkistandakı Heydər Əliyev adına
Mədəniyyət Mərkəzinin dəvəti ilə 4 nəfər – Beynəlxalq Mətbuat Mərkəzinin
direktoru Azər Vəliyev, əməkdar artistlər Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov
və mən artıq yol üstəyik…
İLK GÜN
Yol boyunca Özbəkistan haqqında səfər yoldaşlarımla adı çəkilən ölkədəki reallıqlar, tarixi hadisələr, mərkəzin fəaliyyəti barədə söhbət edirdik və əlbəttə ki, getdiyimiz gün Sırdərya vilayətini Gülüstan şəhərində baş tutacaq konsert haqqında söhbətləşir, əhatəli planlarımızı müzakirə edirdik. Söhbət yolumuzu "qısaltdı”, bir də gördük hava limanına enişlə bağlı "xəbərdarlıq” oxunur. Hava gözəl idi, – Daşkənd bizi "qaşqabaqlı” qarşılamamışdı. Hava Limanında bizi mərkəzin direktoru və əməkdaşları qarşıladılar, diplomatik nümayəndələrin köməyi ilə asanca pasport yoxlanışından keçib "Özbəkistan” otelində yerləşdik. Bir-iki saat dincələndən sonra, nahar edib üz tutduq Sırdərya vilayətinin mərkəzi Gülüstan şəhərinə
Sırdəryaya gedən yolların nahamarlığı bizi yorsa da, təbiətinin, havasının gözəlliyi, insanların istiqanlılığı, təbiiliyi, həyatın qaynarlığı hər cür narahatlığı gözardı etməyə bəs etdi. Gülüstan şəhəri olduqca heyrətamiz, yaşıllıqlarla zəngin, gözəl parkları, geniş prospektləri, gözoxşayan binaları ilə seçilən bir yerdir. Xüsusən isə şəhərdəki teatr binalarının quruluşu çox diqqətçəkən idi. Gəlib gördük ki, artıq Gülüstan şəhərindəki Nəvai adına mərkəzi parkda "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin açılışına xeyli sayda yerli əhali toplanıb və həsrətlə tədbirlərin başlanacağı vaxtı gözləyirlər. Təşkil edilən sərgilər onlara konsert başlayana qədərki vaxtı səmərəli keçirməyə kömək edirdi. Belə ki, parkda "Azərbaycan, sənsən mənim ülviyyətim” adlı sərgi təqdim olunmuşdu. Sərgidə milli mədəniyyətimiz, habelə ölkəmizin əldə etdiyi nailiyyətlər, dövlətçiliyimizlə bağlı nəşrlər, xalçalar, suvenirlər, milli geyimlər nümayiş etdirilirdi. Tədbirdə şəhər rəhbərliyi, vilayət ictimaiyyətinin nümayəndələri, ziyalılar, təhsil və mədəniyyət işçiləri, yerli azərbaycanlılar, jurnalistlər iştirak edirdilər.
Bu yerdə qeyd edim ki, vilayətdə həm də çoxlu sayda
azərbaycanlı yaşayırlar. Bundan başqa, ayrıcı kitab sərgisi də fəaliyyət
göstərirdi. Burada Azərbaycan dövlətçiliyinə, siyasi xadimlərə, mədəniyyət və
ədəbiyyatımıza aid dəyərli kitablar sərgilənirdi. Günəş yandırmaqda davam etsə
də, getdikcə kölgənin də "hakimiyyəti güclənirdi” və bu da tamaşaçıların
konserti rahat izləməsinə şərait yaradırdı. Axır ki, gözlənilən an gəldi –
tədbir başladı. Tədbir haqqında, onun mahiyyəti barədə, Azərbaycan mədəniyyəti
haqqında danışan aparıcı sözü Sırdərya vilayət hakiminin müavini Otabek
Abduqaniyevə verdi. O, Azərbaycan mədəniyyətinə həsr olunan belə tədbirlərin
əhəmiyyətindən danışdı, vilayətdə digər millətlər kimi azərbaycanlıların da
yaşadığını, onların bölgənin inkişafına öz töhfələrini verdiklərini qeyd etdi
və hər iki xalqın mədəniyyətinin, adət-ənənələrinin bir-birinə çox yaxın
olduğunu vurğuladı.
Sonra səhnəyə Mərkəzin direktoru Samir Abbasov
dəvət olundu. Samir müəllim "Azərbaycan
mədəniyyəti və ədəbiyyatı günləri” haqqında əhatəli məlumat verib, xalqımızın
yaratdığı zəngin mədəniyyət, ədəbiyyat, onun bəşər sivilizasiyasına verdiyi
töhfələrdən danışdı, o, Şərqdə ilk demokratik cümhuriyyət quran, ilk operanın
əsasını qoyan, dünya sivilizasiyasına təkrarsız mədəniyyət, ədəbiyyat inciləri
ixrac edən, muğam, aşıq sənəti kimi nadir musiqi sənəti yaradan, zəngin
dəyərlərə malik Azərbaycan xalqının nailiyyətlərini tamaşaçıların diqqətinə
çatdırdı. Samir müəllim nitqini belə yekunlaşdırdı ki, Azərbaycan və Özbəkistan
dost ölkələrdirlər, xalqlarımız daim
yaxın olublar, müstəqillik əldə etdikdən
sonra isə ulu öndər Heydər Əliyevin, Cənab Prezident İlham Əliyevin xidmətləri
sayəsində bu dostluq daha da möhkəmlənib.
TÜRKÜN GƏLİŞİ
Natiqlərin çıxışdan sonra "Türkün gəlişi” adlı konsert başladı. "Türkün gəlişi” duetini Ehtiram Hüseynov və Bəyimxanım Vəliyeva ifa etdilər. Qeyd edim ki, bu mahnı şair, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın eyni adlı şeirinə bəstələnib. Müğənnilər elə oxuduqları ilk mahnıdaca – tamaşaçıları ələ almağı bacardılar. Tamaşaçıların böyük əksəriyyəti meydanda oxunan mahnının sədaları altında rəqs etməyə başladılar. Daha sonra Azərbaycan-Qarabağ geyimlərindən ibarət moda sərgisinin nümayişi başladı. Geyimləri biri-birindən gözəl özbək qızları geyinmişdilər. Hər bir geyim təqdim olunanda onun tarixi, hansı yaşda insanın geyinməsi, paltarın rənginin fəlsəfəsi izah olunurdu. Sərgi olduqca maraqla qarşılandı, sonra konsert proqramı yenidən davam etdi və B.Vəliyeva "Yollara yağış yağır” mahnısını oxudu. Xanım müğənni özbəkcə də bir mahnı – "Qara göz boy-boy” ifa etdi. Bu dəfə də meydan gurladı, tamaşaçılar oynamaq üçün meydana axışdılar. Daha sonra Ehtiram Hüseynov "Qadan mən alım” və "Ceyranım gəl, gəl” ilə ürəklərə yol tapdı. Çoşqunluq eyni ahəngdə davam etdi. Sonra Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin "Azərbaycan qızları” adlı rəqs ansamblı səhnəyə çıxdı və "Qafqaz rəqsi”ni oynadılar. Qızlar son anda papaqlarını çıxaranda tamaşaçılar "şok yaşadılar”, çünki o vaxta qədər hamı oynayanları oğlan zənn edirdi.
Bəyimxanım Vəliyeva "Şirin çiçək” və "Yar-yar”la, Ehtiram Hüseynov
isə "Maral qaçar”, "Ay qız sənə ailəm”lə ifalarına davam etdilər, sonra səhnəyə
yenə "Azərbaycan qızları” rəqs qrupu çıxdı və "Tello”nu oynadılar. Konsert
xanəndələrin "Vətənim” dueti və aramsız alqışların müşayiəti ilə sona çatdı. Tədbirin sonunda Sırdərya vilayət hakimiyyəti adından
azərbaycanlı qonaqlar təltif edildilər, onlara özbək milli geyimləri – çapan
bağışlandı.
Tədbir boyunca bir sıra məqamlara fikir verirdim,
onlardan biri parkdakı köşklərdən birinin üstünə yazılan bu sözlər idi:
"Ədəbiyyat yaşadısa, millət yaşadı”. Düşünürəm ki, eyni sözləri mədəniyyətin
əksər sütun sahələrinə də aid etmək olar. S.Abbasovun çıxışından sonra ölkəmizə
ünvanlanan alqış, B.Vəliyevanın, E.Hüseynvun oxuduğu mahnılara olan coşqun
reaksiya, doğurdan da bir vətəndaş kimi insanı çox qürurlandırır. Düşünürsən
ki, neçə-neçə insan bu gün bizi bir mədəniyyətin daşıyıcısı olan bir xalq kimi
sevir. Azərbaycan musiqisi həqiqətən də sirayətedici, təsirli,
ürəyəyoltapandır, onu səs özəlliyi, sənətkar nəfəsi ilə insanlara çatdıranda
onda həqiqətən də, millətə, xalqa, mədəniyyətimizə gözləniləndən də artıq
məhəbbət qazanmaq olur. Xanəndələrimizin musiqimizi, Özbəkistandakı Heydər
Əliyev adına Mədəniyyət Mərkəzinin mədəniyyətimiz və ədəbiyyatımızı bu
hörmətdə, belə yüksək səviyyədə təqdim etməsi, elə bilirəm, oradakı hər bir
azərbaycanlının sinəsini iftixar hissi ilə doldurdu, hər kəs yüksək fəxarət duyğuları
ilə öyündü...
SƏMƏRQƏNDƏ YOL GÖRÜNDÜ
İkinci gün – 2 iyunda tədbirlər yox idi deyə istədik ki, dörd yol yoldaşı vaxtımızı səmərəli keçirək. Qərara gəldik ki, bir gün ərzində Səmərqənddəki tarixi abidələri ziyarət edək. Beləcə səhər saat 00:06-da Daşkənd Beynəlxalq Hava Limanında olduq və daxili relslə Səmərqəndə yola düşdük. Səmərqəndə hava təmiz, amma tutqun idi, bizi sonradan haqlayacaq yağış öz nəfəsini öncədən hiss etdirirdi. Vaxtımız dar, planlarımız geniş idi, amma bir gün ərzində bütün əsas abidələri ziyarət etməyə özümüzü qadir hiss edirdik. Bəlkə də, Səmərqəndə səfər etmiş kimlərəsə təəccüblü görünəcək, amma bir gün içərisində bu abidələri ziyarət elədik: Səhih əl-Buxari ziyarətgahında, Əmir Teymurun uyuduğu Gur-əmir mavzoleyində, Şahi-zində memarlıq kompleksində, Uluqbəy rəsədxanasında, Bibixanım saray-məscid kompleksində, Registanda (qum meydanı, qum ölkəsi adlanan meydandakı üç mədrəsədən – Uluqbəy mədrəsəsi(XV əsr),Şir-Dor mədrəsəsi(XVII əsr) vəTilla-Karı mədrəsəsi(XVII əsr) ibarətdir), Danyal peyğəmbər ziyarətgahında (Məzarın uzunluğu 18 metrdir. Məzarın bu uzunluqda olmasının səbəbi cənazənin hissələrinin bir-birinə yaxın məsafədə ayrı-ayrı yerlərə basdırılmasıdır) olduq.
Dayanmadan, bir-birimizə xoş əhval-ruhiyyə bəxş edərək, şirin və
mahiyyətli söhbətlərin, yerində işlənən zarafatların "müşayiəti ilə” gün
boyunca diz qatlamadan bütün əsas abidələri ziyarət etdik. Səhər saat 10:00-dan
başlayan səfərimiz axşamüstü 19:00-a qədər davam etdi. Gün boyunca abidələri
ziyarət edə-edə faniliyin nəfəsini, gəldi-gedərliyin diktəsini, zamanın amansız
qanunlarını, ölümün labüdlüyünü daha dərindən anladıq. Yol boyunca
yoldaşlarımın bir-birindən maraqlı təəssüratları, müşahidələri, təcrübələri
səfərimizi daha ürəyəyatan edirdi və heç kəsin yadına yorulmaq, nədənsə az da
olsa narahat olmaq düşmürdü. Hər birimiz müsbət enerji ilə günə davam
edirdik... Özbəklərin qonaqpərvərliyi, Azərbaycan adı gələndə üzlərinə qonan
təbəssümün bizə bağışladığı məmnunluq da öz yerində. Hər gözəl şey kimi o gözəl
gün də bitdi və biz Səmərqənddə unudulmayacaq təəssüratlar, xoş xatirələr, hər
zaman yaddaşımızda yaşadacağımız dəyərli təəssüratlarla növbəti günün səhəri
Daşkəndə qayıtdıq...
ÜLVİYYƏTİM
Üçüncü günün əsas tədbiri Daşkənddəki Sənət və Mədəniyyət Universitetində saat 14:00-da başlayan "Azərbaycan, sənsən mənim ülviyyətim” adlı tədbir, möhtəşəm konsert proqramı idi. Tədbirdə sözügedən ali təhsil ocağının rəhbərliyi, müəllim və tələbə heyəti, ölkənin elm, mədəniyyət xadimləri, Azərbaycan səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları, jurnalistlər iştirak edirdilər. Zal sənətsevərlərlə, musiqi sərrafları ilə dolu idi.
Tədbiri giriş sözü ilə açan Özbəkistan Sənət və Mədəniyyət Universitetinin rektoru, professor İbrahim Yuldaşov "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirlərində rəhbərlik etdiyi ali məktəbin də iştirak etməsindən məmnun olduğunu qeyd etdi. Rektor diqqətə çatdırdı ki, dünyada Özbəkistan və Azərbaycan kimi bir-birinə yaxın olan az xalq var. O, bu münasibətlərin həm orta əsrlərdə, həm Sovet dövründə, həm də ölkələrimiz istiqlaliyyət əldə etdikdən sonra uğurla davam etdiyini söyləyərək, Azərbaycanın zəngin mədəniyyətinin öyrənilməyə layiq olduğunu dedi. Rektor 2017-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə imzalanan memorandumun uğurla icra olunduğunu, artıq Azərbaycan sənətçilərinin iştirakı ilə universitetlərində iki dostluq konsertinin keçirildiyini, universitetdə Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin yaradıldığını qeyd edib, dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində xidmətlərinə görə Azərbaycan dövlətinə, Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirdi.
Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzinin
direktoru Samir Abbasov rəhbərlik etdiyi mərkəzin layihəsi ilə hər il qardaş
ölkədə keçirilən "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” haqqında
məlumat verərək, bu cür tədbirlərin xalqlarımızı bir-birinə yaxınlaşdırdığını
vurğuladı. Samir müəllim Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatına
böyük maraq və sevgi gördüyünü və bunun əsas səbəbinin xalqlarımızın bir-birinə
ruhən yaxınlığı olduğunu qeyd etdi.
Konsert proqramında
Özbəkistanın xalq çalğı alətləri ansamblı "SOQDİANA” Azərbaycan musiqisinin
inciləri, dünya şöhrətli bəstəkarlarımızın əsərlərini ifa etdilər. Özbəkistanın
Əməkdar artisti, professor Firuzə Abduraximovanın bədii rəhbər olduğu konsert
proqramında "Koroğlu uvertürası”, "Qarabağ Azərbaycanın incisi” adlı əsərlər
səsləndirildi.Daha sonra "Azərbaycan,
sənsən mənim ülviyyətim” adlı möhtəşəm konsert proqramı başladı. Yenə də səhnədə
Ehtiram Hüseynov və Bəyimxanım Vəliyeva idi və onlar bir-birindən gözəl
mahnılarla tamaşaçıların qəlbini fəth edirdilər. Qeyd edim ki, tədbir
tamaşaçıların alqışları ilə və böyük anşlaqla keçdi.
Sonda Azərbaycan
sənətçiləri Fəxri Fərmanlara layiq görüldülər. BİZƏ NƏ QALDI?