• cümə axşamı, 25 aprel, 00:24
  • Baku Bakı 19°C

Türkmənistan Əfqanıstana lazımi dəstək verməyə hazırdır

15.01.20 11:15 459
Türkmənistan Əfqanıstana lazımi dəstək verməyə hazırdır
Türkmənistan Əfqanıstanın qonşusu olaraq ölkədə dinc şəraitin qurulması üçün bütün lazımi dəstəyi verməyə hazırdır.
AZƏRTACxəbər verir ki, bu fikri Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Aşqabadda keçirilən beynəlxalq konfransda söyləyib.
Ölkə başçısı bildirib ki, uzun illərdir Türkmənistan Əfqanıstanda tibb və təhsil müəssisələri inşa edir, elektrik enerjisini güzəştli şərtlərlə tədarük edir və bu ölkəyə iqtisadi və humanitar yardımlar göstərir. Həmçinin əfqan tələbələr Türkmənistanın təhsil müəssisələrində oxuyur.
Qurbanqulu Berdiməhəmmədov bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib.
banner

Oxşar Xəbərlər