• cümə, 29 Mart, 03:41
  • Baku Bakı 7°C

Türkləri Monakoya buraxmayacaqlar

12.10.17 12:50 2872
Türkləri Monakoya buraxmayacaqlar
"Monako” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Beşiktaş”la ev oyununda türk azarkeşlərin stadiona girişini qadağan edəcək.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Avropa Liqasının ötən mövsümü çərçivəsində baş tutmuş "Lion”la səfər oyununda yaşananlardan dərs çıxaran İstanbul təmsilçisi "Monako”ya müraciət edərək, bu qarşılaşmada yaşanacaq hansısa azarkeş qalmaqalına görə məsuliyyət daşımadıqlarını, stadiona türkiyəli azarkeşlərin buraxılmamasını istədiklərini bildirib. "Knyazlıq klubu” bundan sonra matçın keçiriləcəyi "II Lui” stadionunda böyük təhlükəsizlik planı hazırlayıb.
"Monako” türklərin müraciətindən sonra bilet satışını dayandırıb. Hazırda biletlər yalnız şəxsiyyət vəsiqəsi ilə satılır. Türkiyəli azarkeşlərə nəinki bilet satılmır, hətta oyun günü Monakoya girmək belə qadağan edilib.
Oyundan əvvəl "II Lui” stadionunun ətrafında geniş təhlükəsizlik tədbirləri görüləcək. Arenaya keçirilən əşyalar xüsusi cihazla yoxlanılacaq. Bundan əlavə, stadiona daxil olan azarkeşlər matç zamanı arenanı tərk etsələr, geri qayıtmalarına icazə verilməyəcək. Qarşılaşma başladıqdan yarım saat sonra isə arenaya giriş dayandırılacaq.
"Monako” - "Beşiktaş” matçı oktyabrın 17-də keçiriləcək.
banner

Oxşar Xəbərlər