• cümə axşamı, 18 aprel, 10:16
  • Baku Bakı 12°C

Türkiyənin şərqində 2 PKK terrorçusu məhv edilib

25.06.17 15:30 932
Türkiyənin şərqində 2 PKK terrorçusu məhv edilib

Türkiyənin Van əyalətinin Tuşba rayonunda xüsusi əməliyyat çərçivəsində 2 PKK terrorçusu məhv edilib.
Trend-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı terrorçulara məxsus silah və sursat tapılıb.
Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.
ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.
banner

Oxşar Xəbərlər