AZE | RUS | ENG |


Türkiyənin Qaziantep şəhərində Aşıq Şəmşirin büstü qoyulub

Türkiyənin Qaziantep şəhərində Aşıq Şəmşirin büstü qoyulub
Türkiyənin Qaziantep Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında Azərbaycanın ustad sənətkarı Aşıq Şəmşirin 125 illik yubileyi münasibətilə büstü qoyulub. Böyük söz ustadının büstü heykəltəraş Əhməd Şimşək tərəfindən hazırlanıb.

Aşıq Şəmşirin büstü Konservatoriyanın türk dünyasının tarixi şəxsiyyətlərinin - Dədə Qorqud, Fərabi, İtri Əfəndi, Dədə Əfəndi, Aşıq Veysəl, Təmburi Cəmil Bəy, Müzəffər Sarısözən, Səadəttin Kaynağ, Nəşət Ərtaş, Nida Tüfəkçin, Məmməd Özbəy və Yücel Başmakçının büstlərinin olduğu korpusunda yerləşdirilib.

Büstün düzəldilməsi və qurulması uzun illərdən bəri Konservatoriyada çalışan həmyerlilərimiz, professorlar - Babək Qurbanovun və İlqar İmamverdiyevin bilavasitə təşəbbüsləri və səyləri nəticəsində həyata keçirilib.

Qeyd edək ki, Aşıq Şəmşirin büstünün qoyulması barədə qərar Konservatoriyanın keçmiş müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hakan Tatyüz bu təhsil ocağına rəhbərlik etdiyi vaxt qəbul olunub. Bakı Musiqi Akademiyasında elmi işini müdafiə edən Hakan Tatyüz hər zaman Azərbaycana sevgi və məhəbbətini əməli işləri ilə nümayiş etdirib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6866
GBP 1 İngilis funt sterlinqi 2.2982
TRY 1 Türk lirəsi 0.4878
KWD 1 Küveyt dinarı 5.6436
SEK 1 İsveç kronu 0.2140
EUR 1 Avro 2.0421
CHF 1 İsveçrə frankı 1.7693
USD 1 ABŞ dolları 1.7007