Türkiyənin “Barış Bulağı”nda kimyəvi silahdan istifadə etməsi xəbəri dezinformasiyadır

Türkiyənin “Barış Bulağı”nda kimyəvi silahdan istifadə etməsi xəbəri dezinformasiyadır

Təfsilat
19 Oktyabr 2019, 11:21 87
"Bəzi xarici mətbuat orqanları dünən və bu gün Türkiyənin "Barış bulağı”  hərbi əməliyyatında kimyəvi silah istifadə etməsi haqqında böhtan xarakterli yazılar dərc edib. Terror təşkilatları tərəfindən məqsədli şəkildə yayılan bu dezinformasiyanı Türkyə birmənalı şəkildə rədd edir”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy "Barış Bulağı” hərakatında Türkiyənin kimyəvi silah istifadə edibmi” sualını cavablandırarkən deyib.
 
Diplomat bildirib ki, Türkiyə 1997-ci ildən bəri "Kimyəvi Silahların istehsalı, inkişafı, ehtiyat saxlanması və istifadəsi”nə uyğun beynəkxalq müqaviləyə tərəfdardır və bu məsələdə bütün hüquqi prinsiplərə əməl edir: "Digər tərəfdən, Türkiyə indiyə kimi Kimyəvi Silahların Qadağan Olunması Təşkilatından hər hansı bir xərdarlıq almayıb və araşdırmaya cəlb olunmayıb”.