• cümə axşamı, 25 aprel, 01:28
  • Baku Bakı 19°C

Türkiyənin 31 şəhərində 3 günlük küçəyə çıxmaq qadağan edilib

27.04.20 20:51 605
Türkiyənin 31 şəhərində 3 günlük küçəyə çıxmaq qadağan edilib
"Zəhmətkeşlərin 1 may bayramı münasibətilə əlaqədar mayın 1-dən gecə 00:00-dan mayın 3-ü gecə 00:00-dək yenidən 31 şəhərimizdə küçəyə çıxma qadağası tətbiq edirik”.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronovirusla (COVİD-19) bağlı nazirlərlə keçirilən telekonfransdan sonra bildirib.
Türkiyə prezidenti deyib ki, həftəsonu komendant saatının tətbiq olunması ölkədə koronovirusla mübarizədə xeyli irəliləyiş yaradıb.
Ərdoğan vurğulayıb ki, Türkiyədə məhkəmə sisteminin fəaliyyətinin dayandırılması mayın 15-dək uzadılıb.
banner

Oxşar Xəbərlər