• cümə axşamı, 25 aprel, 16:38
  • Baku Bakı 23°C

Türkiyəli opera ifaçısının evində konsert - Fotolar

30.10.17 18:02 1173
Türkiyəli opera ifaçısının evində konsert - Fotolar
Azərbaycanda yaşayan Türkiyənin dəyərli opera və vokal sənətçisi Oya Ergün evində konsert proqramı ilə çıxış edib. Kaspi.az xəbər verir ki, Oya Ergün ev konsertində qonaqlarına ifaları ilə xoş anlar yaşadıb: "Avropa ölkələrində evdə konsert vermək adətdir. Mən də sənət sevərləri evimdə görməkdən məmnunam və gözəl zaman keçirəcəklərinə əminəm. Artıq evimdə hər ay konsert verməyi düşünürəm”.
Qeyd edək ki, gecədə Toğrul Məmmədov skripka, Natavan Həsənova isə kanon ifa edib. Oya Ergünü pianinoda Nərgiz Əliyeva müşayiət edib. Xatırladaq ki, opera ifaçısı Hollandiya, Belçika, Almaniya, Fransa və İtaliyada konsert proqramı ilə çıxış edib. Dəfələrlə Azərbaycanda konsert verən Oya Ergün bu dəfə isə noyabrda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında kimsəsiz uşaqlara həsr edilən konsertlə tamaşaçılarının qarşısına çıxacaq.

banner

Oxşar Xəbərlər