• cümə, 19 Aprel, 00:21
  • Baku Bakı 18°C

Türkiyəli məşqçi Azərbaycandan təklif alıb?

13.10.17 13:35 2810
Türkiyəli məşqçi Azərbaycandan təklif alıb?
Türkiyəli məşqçi Engin Fırat Azərbaycan millisini çalışdıracağı barədə iddialara münasibət bildirib.
Kaspi.az xəbər verir ki, hazırda ABŞ-ın "Dallas” klubunda çalışan məşqçi "Ajansspor”a açıqlamasında yığmamızdan təklif almadığını deyib:
"Hazırda ABŞ-ın "Dallas” komandasındayam. Ancaq burdan ayrılacağam. Başqa komandada çalışmaq istəyirəm. Bir neçə klubla danışıqlar aparıram. Millilərdən də təklif var.
Moldova və Kosova yığmalarını çalışdırmaq üçün bu ölkələrdən rəsmi təklif almışam. Lakin Azərbaycandan təklif almamışam. Bu barədə iddialar həqiqəti əks etdirmir. Çin liqasında çalışmaq hədəflərim arasındadır”.
Xatırladaq ki, millimizin baş məşqçisi Robert Prosineçkinin yığmamızla müqavilə müddəti bu ilin dekabrında başa çatacaq.
banner

Oxşar Xəbərlər