• cümə, 29 Mart, 01:24
  • Baku Bakı 7°C

Türkiyəli jurnalistlər cəbhə kəndlərində olub

22.03.17 11:46 568
Türkiyəli jurnalistlər cəbhə kəndlərində olub
Türkiyə Cümhuriyyətinin bir qrup aparıcı media orqanlarının təmsilçiləri Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayevanın dəvəti ilə "Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri: jurnalistlərin gözü və sözü sözü ilə...” adlı layihə çərçivəsində Azərbaycanın ön cəbhə bölgəsi olan Tovuzda və Gəncədə səfərdə olublar.
Lent.az-ın məlumatına görə, ı Qənirə Paşayeva qonaqlara rayon haqqında geniş məlumat vermişlər. Qonaqlar "Qala” kompleksində Azərbaycanın müxtəlif dövrlərdə ərazi bütövlüyünü, azaldığını əks etdirən xəritə ilə tanış olmuşlar. Qardaş ölkədən gəlmiş jurnalistlərə Tovuz qalası, ümumiyyətlə Azərbaycanın tarixi barədə geniş məlumat verilib. Sonra jurnalistlər Tovuz rayonun şəhidlər xiyabanını ziyarət edib, ruhlarına dualar oxuyublar. Tovuz rayonunun Ermənistanın Noyamberyan (Şəmşəddin) rayonu ilə sərhəd olan Ağdam kəndinə gəliblər. Burada türkiyəli jurnalistlərə Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara, o cümlədən Tovuz rayonunun sakinlərinə qarşı törətdikləri qeyri-insani hərəkətlər, vandalizm aktları haqqında geniş məlumat verilib. Bildirilib ki, Ağdam kəndinin sakinləri hər an ermənilər tərəfindən ölüm təhlükəsi ilə üz-üzə qaldıqları üçün neçə illərdir sərhəd boyunca yerləşən ata-baba məzarlıqlarını ziyarət edə bilmirlər. Qonaqlar ermənilər tərəfindən kəndin sərhəddə yerləşən qədim ziyarətgah yeri olan Alı Dədə abidəsinin və qəbiristanlığın dağıdıldığının şahidi olublar. Sakinlər qonaqlara ermənilər tərəfindən atəşkəsin tez-tez pozulması barədə məlumat verilib. Qonaqlar kəndin gündəlik həyat tərzi, qayğı və problemləri ilə maraqlanıblar. Millət vəkili Qənirə Paşayeva Ermənistanla həmsərhəd olan digər kəndlər kimi Ağdamın da Ermənistan ordusunun daimi atəşi altında yaşadığını, törədilən bütün çətinliklərə baxmayaraq, əhalinin mətn və əzmkarlıqla gündəlik həyat məşğuliyyətlərinə davam etdiyini vurğulayıb. Mütəmadi olaraq, Ermənistan hərbi birləşmələrinin əkin sahələrində, həyətində işləyən və ya yolda gedən mülki əhalini, eləcə də qadın və uşaqları, yaşlıları hədəf götürməsi, evləri atəşə tutması yay aylarında kəndə gələn suyun qarşısını kəsməsi bir daha işğalçı Ermənistanın əsl mahiyyətini üzə çıxarır. Onun sözlərinə görə, Türkiyədən olan media təmsilçilərinin Azərbaycana gələrək cəbhəyanı kəndlərimizdəki durumla daha yaxından tanış olması Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ həqiqətlərinin beynəlxalq aləmə daha obyektiv çatdırılmasında mühüm rol oynayır. Türkiyənin jurnalist təşkilatlarının rəhbərləri Azərbaycan həqiqətlərini, azərbaycanlıların necə yaşadıqlarını eşitməyin başqa, gözlə görməyin tamam başqa olduğunu söyləyib. Milli Məclisin deputatı Qənirə Paşayeva isə qardaş ölkə jurnalistlərinin burada gördüklərini vətənlərinə qayıtdıqdan sonra daha geniş və ətraflı şəkildə işıqlandıracaqlarına, Türkiyə ictimaiyyətini daha müfəssəl şəkildə məlumatlandıracaqlarına ümidvar olduğunu bildirib. Türkiyəli jurnalistlər burada gördüklərinin dünya ictimaiyyətinə çatdırılmasına çalışacaqlarını deyiblər. Millət vəkili Q.Paşayeva qonaqlarla birgə Ağdam kəndində böyüyüb-başa çatmış və şəhid olmuş Milli Qəhrəman Naiq Yusifovun ailəsini ziyarət edib, valideynləri ilə görüşüblər. Şəhidin atası Nəsir Yusifov vətənin bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların ailələrini ziyarət etdikləri üçün təşəkkür etdi. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Naiq Yusifovun, eləcə də digər şəhid qardaşlarımızın vətənə sevgisi, onun uğrunda şəhid olması gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayır. Türkiyə Antalya Qəzetçilər Cəmiyyəti, Ağdəniz Qəzetçilər Federasiyasının başqanı Mövlud Yeni bildirib ki, Azərbaycan şəhid ailələrinin acısı onların da acısıdır. O, "Torpaq uğrunda ölən varsa, vətəndir”—deyərək şəhidin ailəsinə belə igid övlad yetişdirdiyi üçün minnətdarlıq edib. Daha sonra qonaqlar Tovuz rayonunun Yanıqlı kəndindən olan şəhid Elvin Əhmədovun ailəsini ziyarət ediblər. Millət vəkili Qənirə Paşayeva şəhidin ailəsinə başsağlığı verərək şəhidlərin heç vaxt ölmədiklərini, sadəcə cismani olaraq aramızdan ayrıldıqlarını vurğulayıb. O bildirib ki, torpağımızın keşiyində dayanan igid oğullarımızın qəhrəmanlığı gənc nəsil üçün örnəkdir. Daha sonra qonaqlar Yuxarı Öysüzlü kəndindən olan şəhid Abbasov Həsənəli Çingiz oğlunun ailəsinə baş çəkiblər. Şəhidin valideynləri oğullarının vətən uğrunda canını fəda etdiyini bildirib və "Vətən sağ olsun” deyiblər. Vətənin bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin ruhuna dualar oxunub.
banner

Oxşar Xəbərlər