• cümə, 19 Aprel, 20:38
  • Baku Bakı 24°C

Türkiyədən Rusiyaya daha bir jest

27.06.16 19:56 1195
Türkiyədən Rusiyaya daha bir jest
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə RF dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Su-24 təyyarəsinin pilotunun ölümü ilə bağlı başsağlığındaTürkiyə Prezidenti rus pilotun ailəsinin dərdinə şərik olduğunu bildirib və qeyd edib: "Bağışlayın".
Bundan əlavə, R.T.Ərdoğan iki ölkə arasında ənənəvi dost münasibətlərinin bərpası üçün əlindən gələn hər şeyi etməyə hazır olduğunu bildirib.
O, V.Putini inandırmağa çalışıb ki, rəsmi Ankaranın heç vaxt Rusiyaya məxsus təyyarəni vurmaq niyyəti olmayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat xidməti son dəqiqələrə qədər onun, Rusiya prezidenti Vladimir Putinə məktub göndərməsi və üzr istəməsi ilə bağlı yayılan məlumatlara heç bir şərh verməmişdi.
Virtualaz.org-un məlumatına görə, Türkiyə liderinin administrasiyasından bir az əvvəl TASS-a demişdilər ki, onlara "bununla bağlı hələlik heç bir təlimat verilməyib”.
"Biz bu mövzu ilə bağlı heç nəyi hələlik nə təsdiq, nə də təkzib edə bilərik. Bizə bununla bağlı hər hansı göstəriş olsa və ya məktubun mətni təqdim olunsa, rəsmi açıqlama veriləcək”, - deyə mətbuat xidmətindən vurğulamışdılar.
Amma elə bu dəqiqələrdə mətbuat xidməti təsdiq edib ki, bir müddət öncə Ərdoğan Rusiya prezidentinə həqiqətən də məktub göndərib və qırıcı təyyarənin pilotunun həlak olması münasibəti ilə başsağlığı verib.


banner

Oxşar Xəbərlər