• cümə, 26 Aprel, 03:52
  • Baku Bakı 16°C

Türkiyədən Hollandiyaya nota

14.03.17 09:00 648
Türkiyədən Hollandiyaya nota
Türkiyə aprelin 16-da keçiriləcək referendum ərəfəsində Avropanın bir sıra dövlətləri ilə gərgin anlar yaşayır. Almaniya ilə yaşanan gərginlik səngiməmiş, digər bir ölkə Hollandiya tərəfindən Türkiyəyə, onun rəsmilərinə qarşı hörmətsizliyə yol verilib. Beynəlxalq hüquqa hörmətsizlik edən Hollandiya Vyana Konvensiyasının tələblərinin kobud surətdə pozaraq Türkiyənin iki nazirini ərazisinə buraxmayıb. Nazirlərdən əlavə, Rotterdamda olan Türkiyə konsulluğunun diplomatlarına qarşı kobud davranılması Vyana Konvensiyasının birbaşa pozulması kimi qeyd edilib.
Hollandiyaya Danimarka da dəstək verib. "Türkiyəli həmkarım Binəli Yıldırımın Danimarkaya səfərini təxirə salmasını tövsiyə edirəm”. Bu sözləri Danimarkanın Baş naziri Lars Lyokke deyib. "Türkiyə-Hollandiya arasında yaşanan gərginliyi nəzərə alaraq, Yıldırımın səfəri təxirə salmasını təklif edirəm”, - deyə baş nazir əlavə edib.
Dünən Hollandiyanın Ankaradakısəfirliyinin müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb və ona iki etiraz notası təqdim edilib. Bu ölkəninTürkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili iki gün ərzində üçüncü dəfədir XİN-ə çağırılıb. Həmin notalarda Hollandiya hökumətindən Türkiyədənyazılı üzr istəməsi tələb olunub. Türkiyənin baş naziri Binəli Yıldırım Niderlandın İstanbuldakı konsulluğu üzərindəki bayrağının endirilməsinə, onun türk bayrağı ilə əvəzlənməsinə münasibət bildirib. O, "Habertürk” qəzetinə müsahibəsində baş verənləri pisləyib. "Bunu kim, niyə, nədən edər? Bu, bir təxribatdır, bunlardan uzaq durmaq lazımdır”, – deyə baş nazir vurğulayıb. Qeyd edək ki, Türkiyədə nümayişçilər Niderlandın İstanbuldakı konsulluğu üzərindəki bayrağı endirərək onu türk bayrağı ilə əvəzləyiblər. Aksiya iştirakçıları bu şəkildə Niderland hökumətinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, həmçinin ailə və sosial siyasət naziri Fatma Bətul Sayan Kayaya qarşı sərgilədikləri münasibətə etirazlarını bildiriblər. Yarım saatdan sonra polis Niderland bayrağını konsulluğun üzərinə geri qaytarıb. Binəli Yıldırım Niderlandla münasibətlərin bir müddət sonra yenidən normallaşacağına inamını ifadə edib. Baş nazir bununla yanaşı, qarşı tərəfə xəbərdarlığını da səsləndirib: "Ölkələr arasında daimi dostluq, düşmənçilik olmaz. Münasibətlər zaman-zaman gərilər, düzələr. Sonu nə olursa-olsun, Türkiyəni, milləti təhqir, cəmiyyəti narahat edəcək heç bir hərəkətə boyun əymərik, qarşılığını ən sərt şəkildə verərik”. Baş nazir Aİ-nin bir sıra ölkələrinin Türkiyədəki dəyişikliklərə müsbət yanaşmadıqlarını vurğulayaraq bu məsələdə terror təşkilatlarının da müəyyən rolu olduğunu diqqətə çatdırıb.
Öz növbəsində Hollandiyanın qərarını "qalmaqal” adlandıran xarici işlər naziri Mövlud Çavuşoğlu: "Hollandiyanın atdığı bu addımın əlbəttə bir qarşılığı olacaq” deyib.
Avropa İttifaqı üzrə nazir Ömər Çelik"buaddımın adı faşizmdir” deyib.
Daxili işlər naziri Süleyman Soylu atılan addımı"kobud və nəzakətsiz” adlandırıb.
Avropa Şurasının baş katibi Turbern Yaqland isə deyib ki, Avropa İttifaqı ölkələri ilə Türkiyə arasında dialoq qurulmalıdır: "Bu durum demokratiya və diplomatiyaya zərər verir. Ölkə xaricində və daxilində yaşayan türk vətəndaşları Konstitusiya dəyişikliyi ilə bağlı yetərli məlumat almalıdır. Eyni zamanda, referendum təşviqatı aydın, ədalətli və əhatəli olmalıdır. Həmçinin Türkiyə rəsmiləri ilə xarici həmkarları arasında dialoq şəraitində fikir həmrəyliyi olmalıdır. Bundan əlavə, lazımi hazırlıqlar üçün də vaxt verilməlidir”, - deyə Yaqland bildirib. Böyük Britaniyanın xarici işlər naziri Boris Consonisə xarici işlər naziri Mövlud Çavuşoğlunu yemək üçün ölkəsinə dəvət edib. Conson "ITV” qəzetinə bəyanat verərək Türkiyə ilə Hollandiya arasındakı böhranın onu məyus etdiyini bildirib. O deyib ki, "hər iki ölkə də NATO üzvüdür və bizim böyük dostlarımızdır”.
Qərb mətbuatında isə baş verənlər ən müxtəlif prizmadan şərh edilir. "Türkiyəylə Niderland arasındakı mübahisənin yeganə məqsədi seçkilərdə daha çox səs toplamaqdır”. "Vaşinqton Post”qəzetinin son hadisələrə həsr edilmiş məqaləsi belə başlayır. Qəzet baş verənlərin böhranlı seçki kampaniyalarının sonucu olduğunu, siyasətçilərin bu etirazlardan yararlanmağa çalışdığını yazır: "Çünki cəmi 1 aydan sonra Türkiyədə Konstitusiyaya düzəlişlərlə bağlı referendum olacaq, seçicilər dəyişikliklərə "hə” desələr, prezidentin səlahiyyətləri və fəaliyyət müddəti artacaq”. Niderlandda isə seçkilər birisi gündür, martın 15-də ölkə parlamentinin üzvləri seçiləcəklər və bütün gözlər, müəllifin diliylə desək, sağçı, müsəlmanların əleyhinə çıxışlarıyla tanınan ultramillətçi siyasətçi Geert Vildersə zillənib: "R.T.Ərdoğan bazar günü İstanbulda kütlə qarşısında çıxışında Qərbin maskasını atdığını deyib. Ərdoğan, eləcə də Türkiyənin digər rəsmilərinin çıxışları durumun bundan sonra bir az da gərginləşəcəyindən xəbər verir”. "Türklərə və müsəlmanlara qarşı çıxışlar edən tək G.Vilders deyil. Hollandiyanın indiki baş naziri Mark Rutte də seçkidən əvvəlki yazılarında türklərin və digər müsəlman miqrantların cəmiyyətə inteqrasiya etməkdən ötrü daha çox işləməli olduğunu demiş, hətta bir məqaləsində miqrantlara "ya düzəlin, ya da çıxın, gedin” kimi xəbərdarlıq etmişdi. Bu çıxışlarından sonra sorğular onun G.Vildersdən irəli keçdiyini göstərdi”, - deyə qəzet yazır.
Azər
banner

Oxşar Xəbərlər