• çərşənbə, 24 Aprel, 16:41
  • Baku Bakı 27°C

Türkiyədən avtomobil idxalı artıb

29.05.20 11:10 636
Türkiyədən avtomobil idxalı artıb
2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 55,97 faiz artaraq 29,726 milyon dollar təşkil edib.
Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib. Nazirlik qeyd edib ki, 2020-ci ilin aprel ayında Türkiyədən Azərbaycana avtomobillərin ixracı 2019-cu ilin aprel ayına nisbətən 121 faiz artaraq 7,812 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən dünya bazarlarına avtomobil ixracı 7,576 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 26,9 faiz azalıb.
Türkiyədən avtomobil ixracı yanvar-aprel aylarında ölkənin ümumi ixracının 14,6 faizini təşkil edib.
Son 12 ayda (aprel 2019 - aprel 2020) Türkiyə 27,792 milyard dollar məbləğində avtomobil ixrac edib.
banner

Oxşar Xəbərlər