Türkiyədə referendumda bülletenlərin 98%-i sayılıb, seçicilərin 51.3%-i Konstitusiyaya dəyişiklikləri dəstəkləyir
Türkiyədə bu gün Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 98 faizi sayılıb.
APA-nın məlumatına görə, bülletenlərin 98 faizinin sayılmasından sonra seçicilərin 51.3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48.6 faizi əleyhinə səs verib.
Referendumda ölkə əhalisinin 84 faizi iştirak edib.