• cümə, 29 Mart, 10:33
  • Baku Bakı 5°C

Türkiyədə qoruduğumuz dini və milli bərabərliyi qarşı tərəflərdən də gözləyirik

15.08.20 21:22 724
Türkiyədə qoruduğumuz dini və milli bərabərliyi qarşı tərəflərdən də gözləyirik
Türkiyədə dini və milli ayrı-seçkilik yoxdur. Eyni sağlam münasibəti, bu bərabərliyi qarşı tərəflərdən də gözləyirik. Ölkəmizin bütün hüquqlarını, o cümlədən dəniz ərazi sularındakı haqqını qorumaq üçün bütün imkanlara malik gücümüz var.
AZƏRTACxəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan AKP-nin Rizə vilayət təşkilatının toplantısındakı çıxışında ifadə edib.
Ədalət və İnkişaf Partiyası hakimiyyətinin Türkiyə həyatına böyük yeniliklər gətirdiyini diqqətə çatdıran dövlət başçısı ölkədəki iqtisadi inkişafın, əhalinin sürətlə yüksələn rifahının, beynəlxalq aləmdə möhkəmlənən mövqelərinin qarşısıalınmaz proseslər olduğunu qeyd edib. Bildirib ki, ölkədə maliyyə sabitliyinin qorunması və iqtisadi inkişafın davam etdirilməsi üçün bir çox istiqamətdə işlər görülür. Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə deyib ki, "Oruç Reis” kəşfiyyat-axtarış gəmisi Türkiyənin Aralıq dənizindəki milli sektorunda fəaliyyətini avqustun 23-dək davam etdirəcək. Əgər bu gəminin fəaliyyətinə kiçik bir maneə cəhdi göstərilərsə, dərhal tədbir görüləcək.
banner

Oxşar Xəbərlər