AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyədə polis idarəsinə terror hücumu: ölənlər var

Türkiyədə polis idarəsinə terror hücumu: ölənlər var

Təfsilat
08 İyun 2016, 13:46 919
Türkiyənin Mardin vilayətinin Midyat rayonunda yerli polis idarəsinə terror hücumu zamanı 2 polis əməkdaşı həlak olub.
 
APA-nın DHA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 11.00 radələrində baş verib. Batman vilayəti istiqamətindən gələn yük avtomobili sürətlə Midyat polis idarəsinin həyətinə daxil olmaq istəyib. Binanın çölündə keşik çəkən polislər bunun terror hücumu olduğunu anlayaraq atəş açıblar. Nəticədə yük avtomobili idarənin həyətinə girmədən partlayıb.  
 
Avtomobildə təxminin 500 kq partlayıcı olduğu güman edilir.
 
Hələlik hadisə barədə rəsmi açıqlama verilməyib.