• cümə, 29 Mart, 11:30
  • Baku Bakı 5°C

Türkiyədə partlayış törədən terror təşkilatı və “canlı bomba” müəyyənləşdirilib

01.05.16 19:43 1217
Türkiyədə partlayış törədən terror təşkilatı və “canlı bomba” müəyyənləşdirilib
Bu gün səhər saatlarında Türkiyənin Gaziantep şəhərində bomba yüklü avtomobilə partlayış törədən "canlı bomba”nın şəxsiyyəti müəyyənləşdirilib.

APA-nın "Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə, "canlı bomba”nın İŞİD terror təşkilatının üzvü İsmayıl Güneş olduğu üzə çıxıb.

İ. Güneşin babası Süleyman Güneşin evində axtarış aparılıb. Polis tərəfindən saxlanılan zaman "Vətən bizim Vətənimiz, İslam bizim İslamımız” diyərək qışqıran S. Güneş 30 nəfərlik qrupun hücumuna məruz qalıb. Polis kütləni sakitləşdirib və S. Güneş saxlanılıb.

İ. Güneşin anasının bir müddət əvvəl vəfat etdii və anasının vəfatından sonra İ. Güneşin psixoloji durunun gərgin olduğu bildirilir. İ. Günşin İŞİD üzvü olduğu da müəyyən edilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Gaziantep şəhərində Polis İdarəsinin qarşısında bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində 2 polis şəhid olub, 18-i polis əməkdaşı olmaqla, 22 nəfər yaralanıb.
banner

Oxşar Xəbərlər