AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyədə koronavirusdan sağalanların sayı 311,5 mini keçib

Türkiyədə koronavirusdan sağalanların sayı 311,5 mini keçib

Cəmiyyət
24 Oktyabr 2020, 08:45 168

Türkiyədə son 24 saat ərzində daha 74 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 9 658 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 165 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 357 693 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 493 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 311 520 nəfər təşkil edir.