• cümə axşamı, 25 aprel, 15:34
  • Baku Bakı 23°C

Türkiyədə koronavirusdan sağalanların sayı 160 min nəfəri ötüb

21.06.20 22:30 595
Türkiyədə koronavirusdan sağalanların sayı 160 min nəfəri ötüb
Türkiyədə son 24 saat ərzində daha 23 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 950 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 192 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 187 685 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 412 nəfər olmaqla 160 240 nəfər təşkil edir.
Son sutka ərzində koronavirusla bağlı 40 496 test aparılıb.
banner

Oxşar Xəbərlər