• cümə axşamı, 18 aprel, 20:23
  • Baku Bakı 21°C

Türkiyədə “fətullahçı”lara məxsus 1669 özəl tədris qurumu bağlanır

22.07.16 19:26 1433
Türkiyədə “fətullahçı”lara məxsus 1669 özəl tədris qurumu bağlanır
Türkiyə MilliTəhsil Nazirliyi"Fətullahçı Terror Təşkilatı”na (FETÖ) məxsus olan 939 özəl məktəb, 449 tələbə yataqxanası və 284 digər qurumu bağlamağa hazırlaşır.

APA-nın "Milliyet”ə istinadən verdiyi xəbərə görə, ümumilikdə 1669 özəl təhsil qurumu qapadılacaq. Nazirlik indiyə qədər 800-ə yaxın özəl məktəbin bağlanması ilə bağlı yazılı təlimatı vilayətlərə göndərib.

Həmin məktəblərdə çalışan 27 min 157 təhsil işçisi və digər personalın çalışma iznləri ləğv edilib. Bu şəxslərinTəhsil Nazirliyisistemində çalışmasına icazə verilməyəcək.
banner

Oxşar Xəbərlər