• şənbə, 20 Aprel, 02:03
  • Baku Bakı 15°C

Türkiyədə çalışan daha 20 azərbaycanlı həkim könüllü olaraq hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib

09.11.20 17:10 399
Türkiyədə çalışan daha 20 azərbaycanlı həkim könüllü olaraq hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib
Türkiyədə çalışan daha 20 azərbaycanlı həkim könüllü olaraq cəbhədə torpaqlarımız uğrunda vuruşan hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib.
Trend-in məlumatına görə, bu, Azərbaycanlı Həkimlər Dərnəyinin təşəbbüsü, Heydər Əliyev Fondunun və TƏBİB-in dəstəyi ilə reallaşıb.
Bununla yanaşı, xaricdə təhsil alan azərbaycanlı həkimlərdən də növbəti dəstək gəlib. Belə ki, Türkiyə, Almaniya və ABŞ-da oxuyan həkimlərimiz və həmvətənlərimizin dəstəyi ilə toplanan ianələrlə ölkəmizə 1 tondan çox tibbi ləvazimat göndərilib.
Qeyd edək ki, 1 ay öncə də cəbhədəki hərbçilərimizə xidmət göstərmək üçün 45 həkim Azərbaycana gəlib.
banner

Oxşar Xəbərlər