Türkiyədə bomba yüklü pilotsuz aparat ələ keçirilib
Türkiyənin Ağrı bölgəsindəki Doğubayazıt rayonunda, yaşayış olmayan ərazidə PKK terrorçularına məxsus bomba yüklü pilotsuz aparat ələ keçirilib.
AZƏRTACxəbər verir ki, təhlükəsizlik qüvvələri aparatı Yaygınyurt kəndi yaxınlığında çöllükdə tapıblar. Aparat zərərsizləşdirilib.