• çərşənbə axşamı, 19 mart, 15:07
  • Baku Bakı 8°C

Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb

29.01.20 21:02 3501
Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb
2019-cu ildə Türkiyədə Azərbaycan kapitalı ilə 184 şirkət qeydiyyata alınıb. Bu, əvvəlki illə müqayisədə bir şirkət çoxdur.
Bu barədə Trend-ə Türkiyənin Ticarət-Sənaye Palatasından bildiriblər.
Qeyd edilib ki, 2019-cu il ərzində Türkiyədə qeydiyyata alınmış Azərbaycan şirkətlərinin ümumi kapitalı 30,11 milyon lirə təşkil edib. 2018-ci ildə bu göstərici 52,98 milyon lirə olub.
Ötən il Azərbaycan kapitalı ilə 152 şirkət İstanbulda qeydə alınıb. Bu şirkətlərin ümumi kapitalı 28,987 milyon lirə təşkil edib. Antalyada qeydə alınmış 10 Azərbaycan şirkətinin ümumi kapitalı isə 1,927 milyon lirəyə bərabər olub.
2019-cu ildə Türkiyədə Azərbaycan kapitalı ilə 4 dağ-mədən, 17 sənaye, 15 tikinti, 88 topdan və pərakəndə ticarət, 11 turizm və 2 maliyyə-sığorta şirkəti qeydiyyata alınıb. Azərbaycan kapitalı ilə 47 şirkət iqtisadiyyatın digər sahələri üzrə qeydiyyatdan keçib.
banner

Oxşar Xəbərlər