• cümə, 29 Mart, 00:01
  • Baku Bakı 7°C

Türkiyədə 5,2 bal gücündə zəlzələ olub

28.06.20 22:15 660
Türkiyədə 5,2 bal gücündə zəlzələ olub
Türkiyənin Muğla vilayətində Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib.
AZƏRTACxəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumatda qeyd edilir ki, episentri Marmarisdə olan yeraltı təkanlar yerli vaxtla saat 20:43-də (Bakı vaxtı ilə 21:43) qeydə alınıb. Zəlzələ İzmir, Bursa və digər ətraf bölgələrdə də hiss edilib.
Təşviş keçirən əhali küçələrə axışıb. Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

banner

Oxşar Xəbərlər