• çərşənbə axşamı, 19 mart, 07:11
  • Baku Bakı 8°C

Türkiyə yenə kitaba səsləyir

20.11.17 11:41 15429
Türkiyə yenə kitaba səsləyir
Türkiyənin az və ya çox tanınmışlığından asılı olmayaraq, elm, musiqi, təhsil, incəsənət, ədəbiyyat, əkinçilik və s. də daxil ən müxtəlif sahələrindən insanların könüllü qoşulduğu və dəstək verdiyi "Hamıya Kitab Fondu” yenə möhtəşəm bir layihəyə imza atıb. Zaman-zaman küçə və bina daşlarına şeirlərin yazılması, ədiblərin yaşadıqları ərazilərdə onlara aid sitatların çərçivələnərək asılması, balaca kitab rəflərinin quraşdırılması kimi diqqət və səs gətirmiş saysız-hesabsız işlə gündəmə gələn fond bu dəfəki layihə üçün "Gloria Jean’s Coffees” amerikan kofe şəbəkəsi ilə anlaşıb. "edebiyat” xəbərdə yer almış məlumata görə, iki qurum arasında əldə olunan razılığa əsasən, "Glorie Jean’s Coffees” sakitliyə və kofeyə vurğun şəhər əhalisinə qiraəti sevdirmək və xatırlatmaq məqsədilə ölkənin bütün bölgələrindəki filiallarına "ianə kitab rəfləri” quraşdıracaq. Layihənin əsas hədəfi fondun ehtiyat bazasına yardım məqsədilə göndərilən kitabların hər yerdə kitaba, oxumağa, maarriflənməyə ehtiyac duyan insanlar üçün əlçatan olmasını təmin etməkdir. İlkin mərhələdə bu proyektə şirkətin İstanbul filialları cəlb edilib. Belə ki, artıq Avcılar, Cənnət, Cənnət 2, Beşyol, Kadir Has, Suadiye, Meydan AVM, İdealist Park, Viaport Marina və Acıbadəmdə yerləşən "Glorie Jean’s Coffees” kafelərində əyləşən hamı buradakı rəflərdən tam sərbəst istifadə edə biləcək, eyni zamanda heç bir say məhdudiyyəti tətbiqi ilə qarşılaşmadan kitab bağışlaya biləcəklər. Yığılan kitablar hər həftə sonu Fondun bazasında qruplaşdırılıb, kitab üçün müraciət edən məktəb, bağça və digər qurumlara göndəriləcək.
"Kitab bağışla bizə, oxusun bütün Türkiyə!” şüarı ilə başlamış kampaniya ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. "Sən qəhvəni qurtumla, Türkiyə oxusun!” sərlövhəli broşüralarla müştərilərini maarifləndirən "Glorie Jean’s Coffees” şirkətindən mətbuata verilən açıqlamada, kitaba və ədəbiyyata böyük dəyər verən bir ölkədə belə bir layihəyə qoşulmaqdan məmnun olduqları və ictimai yardımlaşma kampaniyasının üzü seçildikləri üçün qürurlandıqları bildirilib.
banner

Oxşar Xəbərlər