• cümə axşamı, 28 mart, 23:44
  • Baku Bakı 13°C

Türkiyə XİN sərhəddə baş verən hadisəyə münasibət bildirdi

02.08.13 08:52 1184
Türkiyə XİN sərhəddə baş verən hadisəyə münasibət bildirdi
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ölkənin Ermənistanla sərhədində Türkiyə vətəndaşının erməni sərhədçilər tərəfindən öldürülməsi faktı ilə əlaqədar bəyanat verib.
APA-nın xəbərinə görə, bəyanatda Türkiyə XİN-in bu hadisədən dərin üzüntü keçirdiyi vurğulanıb, mərhumun ailəsinə başsağlığı verilib. Məsələ ilə bağlı müvafiq diplomatik addımların atılacağı vurğulanıb: “Vətəndaşımızın heç bir günahı olmadan, adi səbəblə bağlı, bir sərhəd keçmə faktına görə öldürülməsini şiddətlə qınayırıq. Erməni tərəfinin sərhəddə mümkün hal sayılan bir hala görə belə bir addım atması, güc tətbiq etməsinin heç bir izahı yoxdur. Bu və buna bənzər hadisələr Cənubi Qafqaz bölgəsində tam, davamlı bir normallaşmaya və Ermənistanın qonşuları ilə münasibətlərində sağlam düşüncəyə hakim olmasının vacibliyini bir daha ortaya qoydu”.
Qeyd edək ki, Türkiyə-Ermənistan sərhədində mal-qara otaran Mustafa Ülker sərhədi keçən heyvanları geri qaytarmaq üçün Ermənistan tərəfinə keçib və bu zaman erməni sərhədçilər tərəfindən açılan atəşlə öldürülüb. Sonradan çobanın meyiti Türkiyəyə gətirilib.
banner

Oxşar Xəbərlər