Türkiyə XİN rəhbəri Azərbaycan xalqını təbrik edib

Türkiyə XİN rəhbəri Azərbaycan xalqını təbrik edib

Cəmiyyət
09 Noyabr 2019, 14:28 1137
Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Azərbaycan xalqını 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
Trend-in məluamtına görə, bu barədə M.Çavuşoğlu öz rəsmi "Twitter" hesabında paylaşdığı videoda bildirib.
Xarici İşlər naziri təbrikində deyib: "Bir millət, iki dövlət!” ifadəsi ilə güclənən qardaşlığımızı daha yüksək səviyyələrə çıxarmaq həm ortaq mirasımız, həm də gələcək nəsillərə olan borcumuzdur. Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir! Azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır.”
Qeyd edək ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.