• cümə axşamı, 25 aprel, 13:52
  • Baku Bakı 23°C

Türkiyə Suriyada ordudan istifadəyə dair mandatı uzadıb

01.10.16 21:22 1189
Türkiyə Suriyada ordudan istifadəyə dair mandatı uzadıb
Türkiyə parlamentiİraqvə Suriyada Silahlı Qüvvələrdən istifadəyə dair mandatın müddətini daha 13 ay uzadıb.

APA-nın xəbərinə görə, icazənin uzadılması məsələsinə bu gün parlamentin payız sessiyasının birinci iclasında baxılıb.

Qeyd edək ki, Türkiyə parlamenti 2014-cü ilin oktyabrında ölkə hüdudlarından kənarda Silahlı Qüvvələrdən istifadə etməyə bir illik icazə verib. Ötən ilin oktyabrında mandatın müddəti daha bir il uzadılmışdı.
banner

Oxşar Xəbərlər