• cümə axşamı, 25 aprel, 19:59
  • Baku Bakı 21°C

Türkiyə Rəqqa əməliyyatında iştirakdan imtina edib

19.05.17 09:10 943
Türkiyə Rəqqa əməliyyatında iştirakdan imtina edib
Türkiyə Suriyanın Rəqqa şəhərinin İŞİD-dən azad olunması əməliyyatında iştirak etməyəcək. Buna səbəb ABŞ-ın əməliyyataSuriyakürdlərinin YPG qruplaşmasını cəlb etmək niyyətində olmasıdır. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda sahibkarlarla görüşündə bildirib.
"ABŞ-a səfər zamanı biz Rəqqa əməliyyatını müzakirə etdik və ABŞ-ın bu əməliyyata həssaslıqla yanaşdığını gördük. Biz dedik: əgər YPG orada olacaqsa, biz iştirak etməyəcəyik, əməliyyatı özünüz keçirəcəksiniz. Əgər Rəqqaya dair qərarınız belədirsə - onda sizə uğurlar diləyirik”.
banner

Oxşar Xəbərlər