Türkiyə Prezidenti ilə NATO-nun baş katibi arasında görüş olub
Nyu-Yorkda BMT-nin 72-ci Baş Assambleyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş olub.
Anadolu agentliyinin məlumatına görə, mətbuata qapalı keçirilən görüş təxminən 40 dəqiqə davam edib.
Görüşdə Türkiyə prezidentinin mətbuat katibi də iştirak edib.