• cümə, 19 Aprel, 14:26
  • Baku Bakı 25°C

Türkiyə ordusu İraq və Suriyada 89 terrorçunu məhv edib

29.04.17 16:58 1017
Türkiyə ordusu İraq və Suriyada 89 terrorçunu məhv edib
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 25-dəİraqvə Suriyanın şimalında PKK terror təşkilatı və PKK-nınSuriyaqolu PYD-nin silahlı qanadı YPG-nin düşərgələrinə endirilənhavazərbəsinin nəticələrini açıqlayıb.
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə,İraqın şimalındakı Sincar dağındakı PKK düşərgələrinin məhv edilməsi nəticəsində 40-dan çox terrorçu öldürülüb.
Suriyanın şimalındakı Karaçok dağlarındakı YPG düşərgələrinə endirilən zərbələr nəticəsində isə 4-ü yüksək səlahiyyətli şəxs olmaqla, 49 terrorçu məhv edilib.Havazərbələri nəticəsində 90-dan çox daterrorçu yaralanıb.
Bu gün yerli vaxtla səhər saat 07.10-07.22 radələrində isə Türkiyə HərbiHavaQüvvələriİraqın şimalında Sinat-Haftanin bölgəsində PKK hədəflərini bombalayıb. Nəticədə 6 terrorçu öldürülüb. Eyni zamanda Türkiyənin Adıyaman bölgəsində terror aktı törətməyə hazırlaşan 8 terrorçu öldürülüb. Türkiyənin Tunceli rayonunun Hozat qəsəbəsində aparılan antiterror əməliyyatlarında isə daha 10 terrorçu öldürülüb və əməliyyat zamanı öldürülən terrorçuların sayı 20 nəfərə çatıb. Vanın Çatak rayonunda antiterror əməliyyatlarında 3 terrorçu öldürülüb, 1 terrorçu təslim olub.
banner

Oxşar Xəbərlər