• cümə axşamı, 25 aprel, 02:41
  • Baku Bakı 19°C

Türkiyə lirəsi son 10 ildə ən aşağı həddə düşüb

27.01.14 13:54 1347
Türkiyə lirəsi son 10 ildə ən aşağı həddə düşüb
Türkiyə Mərkəzi Bankının səylərinə baxmayaraq, Türkiyə lirəsinin məzənnəsi dollara nisbətən rekord səviyyədə aşağıdır.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hurriyet Daily News" qəzeti xəbər verir.
Qəzetin məlumatına görə, türk lirəsinin məzənnəsinin aşağı düşməsi ölkədə korrupsiya əleyhinə aparılan əməliyyatlarla bağlıdır.
Bir müddət əvvəl Baş nazirin müavini Əli Babacan ölkədə ABŞ dollarının bahalaşmasının müvəqqəti hal olduğunu bildirmişdi.
Türkiyə Mərkəzi Bankının məlumatına görə, yanvarın 24-də rəsmi məzənnə 2,3142TRY/USD səviyyəsində olub ki, bu da son 10 il ərzində rekord göstəricidir.
banner

Oxşar Xəbərlər