• cümə axşamı, 28 mart, 15:21
  • Baku Bakı 16°C

Türkiyə İraqın şimalında təhlükəsiz zona yaratmaq niyyətindədir

23.10.16 09:34 1021
Türkiyə İraqın şimalında təhlükəsiz zona yaratmaq niyyətindədir
Türkiyə Suriyadan sonraİraqın şimalında təhlükəsiz zona yaratmaq niyyətindədir.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə baş naziri Binəli Yıldırım bəyan edib.

B. Yıldırım deyib ki, Türkiyə Şimal İraqda PKK terrorçularından təmizlənmiş təhlükəsiz zona yaradılmasını zəruri sayır: "PKK terrorçularından təmizlənmiş təhlükəsiz zona yaradılması məsələsində ŞimaliİraqKürdüstan Muxtariyyəti ilə eyni fikirdəyik. Həm Türkiyə, həm də ŞimaliİraqKürdüstan Muxtariyyəti üçün PKK ortaq təhdiddir”.

Xatırladaq ki, hazırda PKK terror təşkilatının əsas bazası Şimali İraqdakı Qəndil dağında yerləşir. Şimaliİraqın digər bölgələrində də PKK düşərgələri var və Türkiyə hərbi aviasiyası mütəmadi həmin bazaları bombalayır.

Qeyd edək ki, hazırda Türkiyə ordusu Suriyada "Fərat qalxanı” əməliyyatı həyata keçirir. Əməliyyatın məqsədi müxalif AzadSuriyaOrdusuna dəstək verməklə Suriyanın şimalında 5 min kv. km. ərazini əhatə edən, İŞİD və PKK-nınSuriyaqolu PYD-dən təmizlənmiş təhlükəsiz zona yaradılmasıdır.
banner

Oxşar Xəbərlər