• çərşənbə axşamı, 23 aprel, 13:47
  • Baku Bakı 24°C

Türkiyə Çində uyğurlara qarşı təzyiqlərdən narahatdır - Bəyanat

30.06.15 15:07 1126
Türkiyə Çində uyğurlara qarşı təzyiqlərdən narahatdır - Bəyanat
Türkiyə Xarici İşlər Nazirliyi Çinin Sincan (Sintszyan) Uyğur Muxtar Bölgəsində uyğur türklərinə qarşı təzyiqlərlə bağlı bəyanatla çıxış edib.
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki, Türkiyə ictimaiyyəti uyğur türklərinin oruc tutması və digər ibadətlərini yerinə yetirməsinin qadağan olunması ilə bağlı xəbərləri üzüntü ilə qarşılayıb: “Ərazi bütövlüyünə, sabitliyinə və təhlükəsizliyinə önəm verdiyimiz Çin Xalq Cümhuriyyətindən gələn məlum xəbərlərdən duyduğumuz dərin narahatlıq Çinin Ankaradakı səfirliyinə də çatdırılıb”.
banner

Oxşar Xəbərlər