• şənbə, 20 Aprel, 14:30
  • Baku Bakı 23°C

Türkiyə hökumətinin tərkibi dəyişdi - Tam siyahı

19.07.17 16:18 926
Türkiyə hökumətinin tərkibi dəyişdi - Tam siyahı
Türkiyə hökumətinin yeni tərkibi açıqlanıb.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyənin baş naziri Binəli Yıldırım prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

Baş nazir müavinləri Bəkir Bozdağ, Meşmet Şimşək, Fikri İşık, Rəcəb Akdağ, Hakan Çavuşolu olub.

Ədliyyə naziri Abdulhamit Gül, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya, Avropa Birliyi naziri Ömər Çelik, bilim və sənaye naziri Faruk Özlü, çalışma və sosial təminat naziri Julidə Sarı Əroğlu, ətraf mühit və şəhərçilik naziri Mehmet Özhaseki, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkçi, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, gənclik və idman naziri Osman Aşkın, qida, kənd təsərrüfatı naziri Ahmet Əşraf, gömrük və ticarət naziri Bülənt Tüfəngçi, daxili işlər naziri Süleyman Soylu, inkişaf naziri Lütfi Əlvan, turizm və ətraf mühit naziri Numan Kurtulmuş, maliyyə naziri Naci Ağbal, təhsil naziri İsmət Yılmaz, müdafiə naziri Nurəddin Canikli, orman və su işləri naziri Veysəl Əroğlu, səhiyyə naziri Əhməd Əmircan, rabitə və nəqliyyat naziri Ahmet Arslan olub.

Ümumilikdə, 5 baş nazir müavini və nazir Nazirlər Kabinetindən çıxıb, 6 şəxsin vəzifəsi dəyişib.

Tuğrul Türkeş və Veysi Kaynak baş nazir müavini, Mehmet Müezzinoğlu əmək və sosial təminat naziri, Akif Çağatay Kılıç gənclik və idman naziri, Faruk Çelik qida, kənd təsərrüfatı naziri postlarını itiriblər.
banner

Oxşar Xəbərlər