• şənbə, 20 Aprel, 17:31
  • Baku Bakı 23°C

Türkiyə DİN rəhbəri: "Son 6 ayda PKK əleyhinə 11738 əməliyyat keçirilib"

19.03.17 17:49 795
Türkiyə DİN rəhbəri: "Son 6 ayda PKK əleyhinə 11738 əməliyyat keçirilib"
Türkiyənin hüquq-mühafizə orqanları son 6 ayda PKK terrorçuları əleyhinə 11 min 738 əməliyyat keçirib.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
O, vurğulayıb ki, Lise, Mardin və digər vilayətlərdə PKK terror qruplaşması əleyhinə əməliyyatlar davam edir. Nazirin sözlərinə görə, Türkiyənin təhlükəsizlik qüvvələrinin əməkdaşları hətta 30 dərəcə soyuqda da terrorçuların olduğu mövqelərdə əməliyyatlar həyata keçirirlər.
"Son 6 ayda 153 terror planının qarşısı alınıb, 4 "canlı" bomba və hücum hazırlığında olan 21 şübhəlı̇ yaxalanıb. Habelə 22 minalanmış avtomobil zərərsizləşdirilərək ələ keçirilib. PKK-nın əsas və idarəetmə mərkəzi olan Diyarbəkır, Lise, Mardin Ömeryan, Amanoslar bölgəsində başladığımız əməliyyatlar sürətlə davam edir", – deyə nazir vurğulayıb.
O, qeyd edib ki, son 6 ayda terrorçuların 800 sığınacağı məhv edilib. Terrorçuların fəaliyyət sahəsini daraltmaq məqsədiylə bir sıra tədbirlər həyata keçirilir.
DİN rəhbərinin sözlərinə görə, qruplaşmanın əsas strukturu tamamilə çökdürülüb.
banner

Oxşar Xəbərlər