• cümə, 19 Aprel, 00:55
  • Baku Bakı 18°C

Türkiyə baş nazirinin ABŞ səfərinin gizlinləri

21.05.13 08:24 1501
Türkiyə baş nazirinin ABŞ səfərinin gizlinləri
Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın ABŞ səfəri başa çatsa da, səfərin yekunları müzakirələr davam edir. Əsas iddia da bundan ibarətdir ki, Ərdoğanın səfərinin əsas məqsədi ABŞ prezidentini Suriyaya qarşı beynəlxalq hərbi müdaxilə əməliyyatının başlanmasının zəruriliyinə inandırmaq olub. Lakin iddia olunur ki, prezident Barak Obama Suriyada Liviya ssenarisini təkrarlamaq istəmir. Və Rusiyanın iştirakı ilə Cenevrə sülh konfransının nəticələrini gözləyir. Bəlli olduğu kimi, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hələ Suriya müharibəsinin başlanması ərəfəsində regional antiəsəd koalisiyaya rəhbərlik etməyə başlayıb və ilk dəfə olaraq özünün əsas prinsipi olan “qonşularla sıfır problem”dən əl çəkdi. Xüsusi vurğulanır ki, Ədalət və İnkişaf Partiyasının lideri kimi Ərdoğan Fars körfəzinin sünni monarxiyaları ilə əvvəldən şiə üçbucağı hesab edilən -Tehran-Hizbulla- Dəməşq birliyini dağıtmağı qarşısına məqsəd qoymuşdu. Lakin əgər Qətər və Səudiyyə Ərəbistanı əsasən Suriya müxalifətinə siyasi və maliyyə dəstəyi göstərirlərsə, Ankara hərbi müdaxilənin və Suriyada uçuşsuz və bufer zonaların yaradılması ideyasını dəstəkləyir. Məhz bu ideyanı da baş nazir Ağ evdə keçirdiyi görüşlərdə təkrarlayıb. Ankaranın indiyə qədər Birləşmiş Ştatlardan əldə etdiyi ən böyük uğur Türkiyə-Suriya sərhədi boyu altı ədəd “Patriot” raket sistemlərini yerləşdirmək olub. Bura İsraillə münasibətlərin normallaşması da daxildir. Belə ki, məhz Vaşinqtonun təzyiqləri ilə İsrail hökuməti Türkiyədən “Mavi Mərmərə” insidentinə görə üzr istədi. Halbuki, indiyə qədər nəinki Ankaradan törətdiyi qətliama görə üzr istəyirdi, hətta Türkiyəni də günahkar çıxarırdı. Artıq hər iki ölkə Suriyaya qarşı vahid cəbhədə birləşmək barədə çağırışlar da səsləndiriblər. Bununla bağlı müvafiq razılaşma da əldə olunub.
Rusiya ekspertləri əmindirlər ki, Ərdoğan amerikalıların daha çox aktivləşməsinə nail olmaq istəyib. Axı Suriya həm də Türkiyə ərazisinə atılan çoxsaylı mərmilərin, yarım milyonluq Suriya qaçqınları və kürd separatçılarının fəallaşmasının səbəbkarıdır. “Lakin Ərdoğan təkbaşına addımlar atmağa əl atmaz. Düzdür, o, çoxsaylı sərt bəyanatlar verib. Lakin onun birtərəfli formada addımlara əl atması avantüra ola bilərdi və bu bütövlükdə AKP-nin yürütdüyü ehtiyatlı siyasət üçün xarakterik deyil” - deyə Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Türkiyə bölməsinin sektor müdiri Natalya Uniçenko bildirib. Vaşinqton da Türkiyə baş nazirinin istəklərini hələ ki, reallaşdırmağa tələsmir. Baş nazirlə Ərdoğanın görüşünün yekunları ilə bağlı danışan ekspert bildirir ki, ABŞ Suriyaya qarşı birtərəfli qərarları planlaşdırmır. Hətta Türkiyənin Reyhanlı vilayətində törədilən son terror aktı belə Vaşinqtonu qəti addımlar atmağa vadar etməyib. Halbuki, rəsmi Ankara bu terror aktına görə məsuliyyətin Suriya prezidenti Bəşər Əsədin üzərinə düşdüyünü bəyan edib. Barak Obama sadəcə türk xalqına başsağlığını ifadə edib. “ABŞ-ın İraqda çıxması ilə bağlı ümumi kursu nəzərə alsaq, eləcə də Obama administrasiyasının daxili problemlərlə yüklənməsini nəzərə alsaq, burada başqa nəsə gözləməyinə də dəyməzdi” - deyə rusiyalı ekspert vurğulayıb. Belə olan halda Ərdoğana yalnız və yalnız Vaşinqtonda ABŞ və Türkiyənin Suriya ilə bağlı bir çox bir çox məsələlərdə fikirlərinin üst-üstə düşdüyü barədə bəyanat söyləmək qalırdı.
“Suriyada Bəşər Əsəddən sonra iqtidarda kimlərin olacağı, Qərbin müxalifət cəbhəsində kimə üstünlük verməsi barədə qeyri-müəyyənlik mövcuddur”. Bu barədə Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) direktoru, vaxtilə Türkiyənin müxtəlif ölkələrdə səfiri olmuş diplomat Alev Kılıç bildirib. Onun sözlərinə görə, Türkiyə cənubundakı ən uzun quru sərhədə malik Suriyadakı hadisələr bizi həm yaxından maraqlandırır, həm də təəssüfləndirir. Suriyada tezliklə sabitlik, əmin-amanlıq qurulmalıdır. Lakin hazırkı iqtidarla buna nail olmaq mümkün deyil. Ölkədə dərhal qanlı qarşıdurmalara son verilməli, yenidən siyasi sabitliyin Suriyadakı bütün insanların, azlıqların təmsil ediləcəyi yeni bir düzənin qurulması zamanı gəlmişdir, hətta keçməkdədir
Azər NURİYEV
banner

Oxşar Xəbərlər