• cümə axşamı, 28 mart, 19:31
  • Baku Bakı 13°C

Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinə pandemiya necə təsir edib?

04.07.20 15:45 872
Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinə pandemiya necə təsir edib?
"Koronavirus pandemiyası Azərbaycan ilə Türkiyə arasında münasibətlərə insanların qarşılıqlı olaraq gediş-gəlişinəməhdudiyyət qoyulmasından başqa mənfi təsir göstərmədi. Əksinə, ikitərəfli münasibətləri gücləndirəcək önəmli hadisələr yaşandı”.
Bunu "Report”a müsahibəsində Türkiyənin Xarici İqtisadi Münasibətlər Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının başçısıSelçuk Akatbildirib.
Onun sözlərinə görə, həmin vacib hadisələrdən biri Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttininin strateji önəminin artmasıdır: "Pandemiyaya baxmayaraq iki ölkə arasında qarşılıqlı əlaqə BTQ vasitəsilə daha da gücləndi. Türkiyənin Azərbaycan ilə həyata keçirdiyi ən strateji yatırımlardan biri olan BTQ-nin vacibliyi bu vasitə ilə bir daha ortaya çıxdı. Asiya ilə Avropanı bir-birinə bağlayan ən vacib xətlərdən biri olan BTQ dəmir yolunda pandemiya dövründə vacib miqdarda yük daşınaraq ticarətin davam etməsi təmin edildi. Qatar xidmətlərinin və yükgötürmə qabiliyyətinin artırılması, ixrac və idxal üçün uyğun konteyner vaqonlarının ayrılması, Qars, Canbaz və Axalkalaki terminallarında ötürmə fəaliyyətinin inkişafı, təmassız proseslərin başlanması, dezinfeksiya və bənzər proseslər kimi əməliyyatlar nəticəsində xeyli miqdarda ixrac və idxal həyata keçirildi".
O bildirib ki, pandemiya dövründə BTQ dəmir yolu xətti ilə1 692vaqon ilə77 447ton idxal,1 726vaqon ilə60 571ton ixrac olmaqla ümumilikdə138min ton yük daşınıb:"BTQ dəmir yolu xətti ilə Türkiyədən Qazaxıstana, Azərbaycana, Gürcüstana, Özbəkistana, Türkmənistana, Qırğız Respublikasına, Rusiyaya və Çinə tikinti, qida və təmizləyici maddələr, avtomobil, kənd təsərrüfatı məhsulları və təzə tərəvəz və meyvələr kimi kənd təsərrüfatı və sənaye məhsulları göndərildi. Bu ölkələrdən Türkiyəyə isə taxıl, metal, elektronika məhsulları ilə ehtiyat hissələri, sink, gübrə, mis, kimyəvi məhsullar gəldi. BTQ dəmiryol xətti açıldıqdan bəri, cəmi9 280vaqon ilə582min ton yük daşınıb”.
Türkiyənin təbii qaz idxalında Azərbaycanın birinci olması
S.Akat vurğulayıb ki, Türkiyənin Enerji Bazarı Tənzimləmə Təşkilatının mart ayına yaydığı statistikaya görə, Azərbaycanın Türkiyəyə həyata keçirdiyi təbii qaz ixracı Rusiyanı ötüb və Azərbaycan mart ayı ərzində Türkiyəyə ən böyük həcmdə qaz ixrac edən ölkə olub.
Ticarət göstəriciləriartıb
Onun sözlərinə görə, pandemiya dövründə iki ölkə arasında ticarət əlaqələri dayanmadı: "Belə ki, yanvar-iyun ayları ərzində Türkiyənin Azərbaycana ixracı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə18%artaraq812mln ABŞ dolları səviyyəsinə çatıb. Azərbaycan illik 1 mlrd ABŞ dollarından çox ixrac həyata keçirdiyimiz ölkələr arasında yer alır.
"İki ölkə arasında ticarət əlaqələri ilə yanaşı, investisiyalarda strateji səviyyəyə çatıb. Hazırda2 467Azərbaycan şirkəti Türkiyəyə6,9milyard ABŞ dolları məbləğində,3 400türk şirkəti isə Azərbaycana6,6milyard ABŞ dolları məbləğindəinvestisiya yatırıb”, - Selçuk Akat bildirib.
banner

Oxşar Xəbərlər