• cümə axşamı, 28 mart, 19:27
  • Baku Bakı 13°C

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası-10” adlı kitab sərgisi açılıb

13.10.19 18:21 658
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası-10” adlı kitab sərgisi açılıb
Oktyabrın 13-də Milli Kitabxanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 illiyi münasibətilə "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası-10” adlı kitab sərgisi açılıb.
KitabxanadanAZƏRTAC-a bildiriblər ki, sərgidə türkdilli dövlətlərin ölkəmizlə siyasi, iqtisadi, mədəni əlaqələri, türkdilli ölkələrin tarixi, ədəbiyyatı, siyasəti, mədəniyyəti, incəsənəti və türk dünyasının tanınmış şəxsiyyətləri haqqında Azərbaycan dilində və xarici dillərdə kitab, dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.

banner

Oxşar Xəbərlər