• şənbə, 20 Aprel, 04:42
  • Baku Bakı 15°C

Türk Mədəniyyəti və İrsi Fondunda görüş

17.02.17 17:02 1210
Türk Mədəniyyəti və İrsi Fondunda görüş
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib. Mərkəzdən "Kaspi”yə verilən məlumata görə, görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Fondun Türk dünyasına xas irs və mədəniyyətin qorunması və təbliği ilə bağlı əsas fəaliyyət istiqamətləri, eləcə də gələcək planları barədə məlumat verib. G.Əfəndiyeva həm türk dünyası mədəniyyətinin, həm də ümumərəb mədəniyyətinin bütövlükdə bəşər sivilizasiyasına verdiyi töhfəni vurğulayıb. G.Əfəndiyeva Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli"nin elan edilməsinin əhəmiyyətinə toxunub, islam dininin yüksək mənəvi dəyərləri təbliğ etdiyini, islamın terrorla eyni tutulmasının yanlış olduğunu qeyd edib. Ə.Sami öz növbəsində bildirib ki, türk və ərəb dünyasına məxsus mədəni mirasın təşviq edilməsi vacibdir və o, bu sahədə Fond ilə Mərkəz arasında qarşılıqlı əməkdaşlığın inkişafına inanır. Ə.Sami "İslam Həmrəyliyi İli" çərçivəsində Fond ilə birlikdə müştərək layihə və tədbirlərin həyata keçirilməsini təklif edib. Görüş zamanı Ə.Sami tərəfindən G.Əfəndiyevaya Misir Ali Təhsil Nazirliyinin mədəni fəaliyyətin qiymətləndirilməsi üzrə mükafatı təqdim edilib.
banner

Oxşar Xəbərlər