• cümə axşamı, 18 aprel, 15:27
  • Baku Bakı 22°C

Türk əsgəri suriyalı əlilliyi olan şəxsləri sevindirdi

16.01.20 15:51 768
Türk əsgəri suriyalı əlilliyi olan şəxsləri sevindirdi
Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada, sülh elçisi və dinc sakinlərin ümidi olan Türk əsgərinin "Sülh Çeşməsi” əməliyyatı ilə terrordan təmizlənən bölgədə yaşayan ehtiyac sahibi olan əlilliyi olan şəxslərə əlil arabası verdiyi bildirilib.

Əlil arabası verilən bir uşaq sevinc içində əsgərlərə təşəkkür edərkən, digər əlil arabasına qovuşan gənc bir qızın anası da Türk əsgərlərinə, "Allah işinizi avand eləsin, Allah sizdən razı olsun. Allah sizi qorusun, müvəffəq etsin, Allah xeyir işlərinizi çoxaltsın” - deyib.

Gənc qızın başqa bir yaxını isə Türk xalqı ilə Suriya xalqı arasında ayrı-seçkilik edilmədiyini vurğulayaraq, "Bütün qəlbimlə təşəkkür edirəm. Türk əsgəri əlilliyi olan uşaqlarımıza əlil arabası gətirir. Bu bölgədə yaşayan əhali də Türk əsgərinə hər cür dəstəyi verməyə hazırdır. Allah Türk əsgərinə güc versin və bu bölgədəki yardımlar daha çox insana çatsın. Sizə bütün qəlbimizlə təşəkkür edirik” - deyə bildirib.
banner

Oxşar Xəbərlər