• cümə, 19 Aprel, 19:02
  • Baku Bakı 24°C

Türk dünyası ədəbiyyatı

13.06.16 10:16 2595
Türk dünyası ədəbiyyatı
Qojagәldi Gültәkin 1960-cı ildә Qırğızıstanın Oş vilayәtindә doğulub. Qırğız universitetinin jurnalistika fakültәsini (1983) vә Moskvada İkiillik Ali Әdәviyyat kurslarını (1993) bitirib. "Qırğızıstan” nәşriyyatında redaktor, Qırğızıstan Yazarlar Birliyinin yaradıcı gәnclәrlә iş bölmәsinin rәhbәri, "Әrkin-Tou”qәzәtinindә baş rәdaktorun birinci müavini, Qırğızısrtan Mәdәniyyәt vә informasiya nazirinin müavini vәzifәlәrindә çalışıb. Hazırda Ankarada TÜRKSOY-da Kırğızıstan Rәspublikasının tәmsilçisidir. Qırğızıstan Yazarlar vә Jurnalistlәr birliklәrinin üzvüdür. İndiyә qәdәr qırğız dilindә sәkkiz kitabı çap olunub. S.Yesnin, A.Tarkovski, Y.Kuznetsov, N.Hikmәt, L.Levçev, X.A.Ximenes, Y.Yevtuşenko, A.Voznesenski, Q.Quliyev, İ.Brodski, M.Şaxanov, M.Makatayev kimi şairlәrinin şeirlәrini Qırğız dilnә çevirmişdir. Qırğızıstanın sevilәn şairlәrindәndir. Әsәrlәri Alakul Osmanova vә Jolan Mamıtov mükafatlarına layiq görülüb. Qırğızıstanın әmәkdar incәsәnt xadimidir.
Qocagәldi bәylә Çanaqqalada tanış olduq, TÜRKSOYUN xәtti ilә Türk Әdәbiyyat dәrgilәrinin birinci konfransına qatılmaq üçün gәlmişdi vә mәnimlә tanış olmaq istәmişdi. Doğrusunu deyim, bu tanışlıq mәnimçün dә çox xoş oldu. Onda bәlkә dә adındakı mәnanın ağırlığından gәlәn bir müdrüklük gördüm vә mәnә tanışlıq üçün sonralar göndәrdiyi şeirlәrini oxuyanda xoş bir sürprizlә qarşılaşacaqdım. Onun şәxsiyyәtindәki ağırbaşlıllıq vә müdriklik şәirlәrinә dә keçmişdir. Tәrifli sözlәrә gәrәk yoxdur, bir halda ki "Kaspi” qәzetinin sevimli oxucuları mәnim tәrcümәmdә onun şәirlәrini oxuyub yazdıqlarımın doğru vә ya yanlış olduğunu özlәri dәyәrlәndirәcәklәr…

SEVGİ ZƏNGLƏRİ…

Niyə sevgi sözlərimi atdın yelə,
Qapatdığın telefonun səsi: du-du.
Üzərində titrəyəcək olsam belə
Üzərimə yağdırırsan qəm buludu…
Eh mən axmaq yenəmmədim ürəyimi
Cavbaların ən gözəli bəlkə budu?!
Qafasından zərbə yemiş köpək kimi
Ulamaqda əlimdəki telefonum
Ulmaqda yazıq-yazıq: du-du,du-du…
YAŞIL ÇƏMƏNLƏRDƏ
UYUYAN GÖZƏL

Yaşıl çəmənlərdə uzanıb yenə
Yuxuya dalmısan bir mələk kimi.
Köksünü üstünə tərs düşən kitab
Qanadı açılmış kəpənək kimi…
Yuxumu göylərə səsləyən həvəs?
İçimə salaydım səsimi gərək
Elə şirindir ki, aldığın nəfəs
Qalxıb enmədədir kitab-kəpənək…
Kitabın kəpənək-sirr var bu işdə
Mən şair, sən şeir… yuxu kimidir…
Üstünə nurunu səpən günəş də
Boynuna səpdiyin duxi kimidi.
Qulağıma sırğa olsun fikrin yenə
Bundan sonra sözlərimdə ruhunu gəz.
Sən uyudun, mən çevrildim keşikçinə
Yox, özündən yaşlısına bu edilməz.
Görüşündən çiçək açır yaz günü də
Köksün üstdə kitabınla üzü göyə.
Üzərinə toz bürümüş güzgünü də
Sənin kimi bir gözələ vermək olmaz
baxsın deyə.
Yaşıl çəmənlərdə uzanıb yenə
Yuxuya dalmısan bir mələk kimi.
Köksünü üstünə tərs düşən kitab
Qanadı açılmı kəpənək kimi…
BU ZAMAN
İntizamsız zamanın noqsandı başqa adı,
Uzağı yaxın görər, yaxını uzaq kimi
İstədiyi her şeyi, pul oldu, ya olmadı
Almalısan, - deyərək ağlayan uşaq kimi…
Bir də görürsən çaqqal cingöz paltarı geyir,
Yumaq iynəsi deyil, iynə yumağı kimi…
Yol gedən maşınların antennası titrəyir
Allaha üsyan edən yoxsul barmağı kimi.
Bu zaman dedikləri yenə güclüyə qalır
Yoxsulun hesabıdır varlıya gələn gəlir:
Güclü olan meşədə sərv ağacı misalı
Əyri yerdə düz kimi göyə doğru yüksəlir.
Qarışda doğruluq var, deyə yuxusu qaçan
Nağıllarda təsəlli ümid şamı yandırar.
Nasazlıq yarandımı, durub kapotu açan
Maşını təmir edən ustaları andırar.
Zaman idmançı deyil ölümlə yarışmada
Boş vədlərdən qabardı dilinin əzələsi…
Bir cılız varlısı var yoxsul gölündə ada
Və onun var-dövləti yoxsul qoyub hər kəsi…
Dahi ilə yaşamın dəyərini bilməyən
Yoxsul ilə yaşamın çarəsini aramaz.
İslamış kağızdımı bərabər bölünməyən
Bölüb aldığı pay da sonra işə yaramaz.
Bu zaman dedikləri yenə güclüyə qalır
Yoxsulun hesabıdır varlıya gələn gəlir:
Güclü olan meşədə sərv ağacı misalı
Əyri yerdə düz kimi göyə doğru yüksəlir.
BİR LÖVHƏ…
Yamaclada bal dalınca
Gönçə-qönçə, çiçək-çiçək;
Küçədəki sərxoş kimi
Yelpələnir tək kəpənək.
Tüküylə öyünür siçan
İşə yarayırmış kimi.
Göy üzündən bir ağbaba
Saçını darayırmış kimi.
Qısrağa ayğır yanaşır
Suspsus olur, donub qalır.
Dal ayaqlar işə düşür,
O da bələ qisas alır…
Asiliyi unudun ki
Bəlkə gəldi haqq yerinə.
Soxmaq gəlir ayağımı
Soğulmuş bulaq yerinə.
YOXLUQ, BAZAR…
Qorunmaq istəyirsən yoxluqdan qorun insan,
Bir ağbaba misalı hər gün ardınca düşər.
Fərq etməzsən, tökülər cibinin yırtığından
Üzüqara gedərsən nəvələrlə görüşə.
Bazar dediyin nədir, vaxtın boğulan səsi,
Tutuqlanan insanlar - sağalmayan yarası.
Yığın-yığın qutulaar, kisələr və nisyələr
Boş qalan pul kisəsi zamanın üz qarası.
Bığ saqqalı keçmədə, fikir ver sözlərinə,
Alandan satanı çox, bu bazarmı, xatamı?
İynə batırsam deyir zamanın gözlərinə
Bazarda iynə satan əlacsız elm adamı.
Şərtlərə şərtsiz baxar, kim bu dərdin yazarı
Xəstəlik, ölüm satar, nədir aldığı dəyər?
Bu düzəni pozulan natəmiz səmt bazarı
Köhnə supermarketin çöplüyünə bənzəyər.
Çəkilən gurultular - vaxtın kar qulaqları
Qazanclarmı kasaddır, arzularmı dərbədər…
Canı çıxan insanmı bu axşam bazarları
Taqətsiz hala düşüb ayağını tərpədər.
Tərcümə edən: Məmməd İsmayıl
banner

Oxşar Xəbərlər