• cümə axşamı, 28 mart, 16:40
  • Baku Bakı 16°C

Turizm sahəsində inkişaf dinamikası davam edəcək

08.04.17 09:30 2011
Turizm sahəsində inkişaf dinamikası davam edəcək
"Son 3 ay müddətində ölkəmizə gələn xarici turistlərin sayı 557 min nəfərdən artıq olub”. Bunu Turizm Şurasının iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, xarici turistlər əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə və ərəb ölkələrini əhatə edir. İlk yerlərdə Ukrayna, Qazaxıstan, İran, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərindən gələnlərdir.
Turizm Şurası və Turizm Təbliğat Bürosunun fəaliyyətinə toxunan Əbülfəs Qarayev Novruz bayramı ərəfəsində həyata keçirilən layihələrdən də söz açıb. Belə layihələrin gələcəkdə paytaxtla yanaşı, digər regionlarda da həyata keçirilməsini məqsədəuyğun hesab edib. Bakı Şopinq Festivalına hazırlıqla bağlı fikirlərini bölüşən nazir bildirib ki, bu istiqamətdə bütün müvafiq işlər həyata keçirilib. Hazırda 102 ticarət obyekti qeydiyyatdan keçib və proses davam etməkdədir. Bundan əlavə, bu gündən etibarən 5 gün müddətində iştirakçılar üçün Azərbaycan Turizm və Menecment Universitetində treninqlər başlayacaq. Treninqlər Vergilər Nazirliyinin mütəxəssisləri və Turizm və Menecment Universitetinin müəllim heyəti tərəfindən həyata keçirilir. Festivalda 40-a qədər restoran iştirakçı qismində qeydiyyatdan keçib.
Əbülfəs Qarayev Ticarət festivalı günlərində ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin keçirilməsinin xarici turistlərin festivala marağını daha da artıracağını deyib. Nazir ölkəyə xarici turistlərin daha rahat şəkildə girişinin təmin olunması üçün ölkə başçısının 20 fevral tarixində imzaladığı "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamının əhəmiyyətini yüksək qiymətləndirib. Bu sərəncama əsasən, turistlər üçün vizaların verilməsi, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, eləcə də ölkəmizə gələn xarici vətəndaşlarla birbaşa ünsiyyətdə olan əlaqədar qurumlara işin gedişi ilə bağlı müvafiq tövsiyələr verilib.
Bəs görəsən ilin ilk üç ayı ərizndə ölkəyə gələn tursitlərin sayı qənaətbəxş hesab oluna bilərmi? Qarşıdakı aylarda bu rəqəmlərdə artım gözlənilirmi? Suallarımızı ekspertlərə ünvanladıq.
Turizm Assosiasiyası sədrinin müşaviriMüzəffər Ağakərimovdeyir ki,bu ilin ilk üç ayı ərzində ölkəyə gələn turistlərin sayında ötən illərlə müqayisədə artım var: "Turistlərin 100 mindən çoxunu İrandan gələnlər təşkil edir. Proqnozlar göstərir ki, bu rəqəm gələn il daha da artacaq. 2015-ci illə müqayisədə 2016-cı ildə ölkəyə təqribən 870 mindən çox turist gəlib. Aparılan araşdırmalar göstərir ki, bu il ötən ilə nisbətən ölkəyə gələn turistlərin sayı çox olacaq. Çünki otellərin indidən bronlaşdırılması, gələn turistlərin sayı da buna dəlalət edir. Bu il həm də ölkəmizdə iki beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır. "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları və Formula-1 yarışları ilə əlaqədar ökəmizə xeyli turist axını gözlənilir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, sərgilər, festivallar ölkəmizə gələn tursitlərin sayını ildən-ilə artırır. Turistlər sonradan öz ölkələrində Azərbaycan haqqında təəssüratlarını paylaşırlar ki, bu da ölkəmiz haqqında canlı reklamdır”.
Assosiasiya rəsmisi dövlətin bu sahəyə olan diqqətindən də söz açdı: "Dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində xeyli inkişaf var. Təkcə onu demək kifayətdir ki, 2016-cı ilin sonlarından və bu ilin əvvəllərindən bu sahənin inkişafına dair xeyli sərəncamlar imzalanıb. Ən vacib məqamlardan biri də Turizm Şurasının yaradılması məsələsidir. Turizm Haqqında Strateji Yol Xəritəsində göstərilən tapşırıqlar həyata keçirilir. Həmçinin prezident bu yaxınlarda turist axınının gücləndirilməsini, çimərlik turizminin inkişafını nəzərdə tutan sərəncamlar imzalayıb. Yeri gəlmişkən qeyd edim ki, turizm haqqında qanun da bu yaxınlarda öz təsdiqini tapacaq. Bütün bunlar ölkədə turizm sahəsinə olan diqqətin göstəriciləridir. Turizm ölkənin artıq prioritet sahələrindən birinə çevrilib. Statistik rərəmlərə nəzər salsaq, görərik ki, 5-10 il bundan öncə ölkəyə bu qədər turist gəlmirdi. Amma indi görülən bütün bu işlərin məntiqi davamı olaraq daxili və gəlmə turizm ölkəyə xeyli valyuta gətirir. Hesab edirəm ki, bu inkişaf dinamikası gələcəkdə də davam edəcək”.
"Luna Travel” Turizm Agentliyinin direktoru, hüquqşünasRəhman Quliyev bizimlə söhbətində bəzi məqamları qeyd etdi: "Statistik rəqəmlər yalnız ilin ilk üç ayını əks etdirdiyi üçün hesab edirəm ki, kifayət qədər qənaətbəxş bir rəqəmdir. Üstəlik, nəzərə almaq lazımdır ki, Novruz bayramı ərəfəsi istisna olmaqla, ilin ilk üçü ayı turistik dövr hesab olunmur. Əgər yay ayları üçün belə bir rəqəm açıqlansaydı, aşağı göstərici hesab oluna bilərdi. Qeyri-turistik aylarda ölkəyə bu qədər turistin gəlişi, əlbəttə, sevindirici haldır. Bu rəqəm həm də çəkilən əziyyətlərin nəticəsi kimi qiymətləndirilə bilər. Əlbəttə, qarşıdakı aylar ərzində ölkəyə daha çox turistin gəlişi istisna deyil. Çünki qarşıdan yay ayları gəlir və şübhəsiz ki, göstəricilər bu aylarda daha da artacaq. Biz bunun üçün bütün səylərimizi ortaya qoymuşuq. Mədəniyyət və Turizm Nazirliyi başda olmaqla, ölkədki turizm şirkətləri və bütün aidiyyatı qurumlar müxtəlif vasitələrdən istifadə etməklə ölkəyə gələn tuistlərin sayını artırmağa çalışır. İndi bütün dünyada bu sahədə böyük rəqabət var. Dünyada gedən iqtisadi proseslər onu göstərdi ki, təkcə bir sektorun inkişafı ilə kifayətlənmək olmaz. İqtisadi böhran təkcə enerji sektoruna bel bağalamağın düzgün olmadığını sübut etdi. Bu həm də alternativ variantlardan istifadə etməyin nə qədər vacib olduğunu bir göstərdi. Bu baxımdan da hesab edirəm ki, qeyri-neft sektorunun ən gəlirli sahələrindən biri məhz turizmdir. Çünki bu sahəyə qoyulan investisiya itmir, əksinə, qat-qat öz əvəzini gətirir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər