AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Turizm Bürosu: İlk mərhələdə 100-dən çox hotelə ulduz veriləcək

Turizm Bürosu: İlk mərhələdə 100-dən çox hotelə ulduz veriləcək

İqtisadiyyat
06 Dekabr 2019, 16:15 578
Azərbaycanda hotellərə udluzların verilməsi prosesi 2020-ci ilin ilk rübündə başlayacaq və ilk mərhələdə 100-dən çox hotelin ulduzlaşması həyata keçiriləcək.
Trend xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid büroya ulduz verilməyə görə uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatının təqdimetmə mərasimində deyib.
F.Zenqstşmid ulduz kateqoriyasının hotelçiliyin inkişafı üçün mühüm addım olduğunu, Azərbaycan qonaqpərəvərlik sənayesinə müsbət yeniliklər gətirəcəyini, beləliklə, turistlərə daha keyfiyyətli xidmətlərin təqdim olunmasına imkan yaradacağını bildirib.
Azərbaycan Akkreditasiya Mərkəzinin Baş direktoru Namiq Əliyev deyib ki, ölkədə ilk dəfə olaraq verilən bu akkreditasiya attestatı mehmanxanaların ulduz kateqoriyalarının dəqiq müəyyənləşdirilməsinə xidmət edəcək.
Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən mehmanxanaların ulduz kateqoriyaları Milli Ulduz Təsnifat Sistemi əsasında müəyyənləşdiriləcək.
Milli Ulduz Təsnifat Sistemi hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının - "Hotelstars Union”un təsnifat meyarları əsasında hazırlanıb.










































ƏTRAFLI
Bakucircus



N.Əliyev mövcud təcrübənin Türkiyə və Gürcüstanda da tətbiq olunduğunu söyləyib.
Qeyd edək ki, bu gün Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatının təqdimetmə mərasimi baş tutub.
Azərbaycan Hotel Assosiasiyası Avropa Mehmanxanalar Assosiasiyasının - "Hotelstars Union”un və Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının ("HOTREC”) müşahidəçi üzvüdür.
Azərbaycan Akkreditasiya Mərkəzi 2017-ci ilin noyabr ayında Avropa Akkreditasiya Təşkilatının və 2018-ci ilin mart ayından Laboratoriyaların Akkreditasiyası təşkilatının assosiativ üzvlüyünə qəbul edilib.