Tunisdə İslam Ölkələri mədəniyyət nazirlərinin XI konfransı keçiriləcək

Tunisdə İslam Ölkələri mədəniyyət nazirlərinin XI konfransı keçiriləcək

Mədəniyyət
16 Dekabr 2019, 10:15 146
Bu il dekabrın 17-18-də Tunisdə ölkə prezidenti Qeys Səidin himayəsi ilə İSESKO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin XI konfransı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, "İslam dünyasında mövcud mədəniyyət siyasətlərinin inkişafı uğrunda” devizi altında baş tutacaq tədbirdə əvvəlki konfranslarda qəbul edilmiş qərarların icra vəziyyətinin müzakirəsi, İslam Dünyasının İrs Komitəsinin hesabatının təqdimatı, rəqəmsal mədəniyyət haqqında sənəd layihəsinə, mədəniyyət layihələrinin maliyyələşdirilməsi mənbələri haqqında təkliflərə baxılması nəzərdə tutulur. Eləcə də İslam dünyasında mədəniyyətin inkişafı ilə bağlı Məşvərətçi Şuranın üzvlərinin seçilməsi, növbəti konfransın yeri barədə müzakirələrin aparılması planlaşdırılır. Konfransın sonunda Tunis Bəyannaməsinin qəbul edilməsi gözlənilir.
Konfrans çərçivəsində "Tunis – İslam dünyasının Mədəniyyət Paytaxtı – 2019” ilinin təntənəli bağlanış tədbiri keçiriləcək.